1994-cü il Belarusda Prezident seçkiləri — Belarus ərazisində baş tutan birinci Prezident seçkiləri. Prezident seçkilərinin Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 30.03.1994-cü il tarixli Qərarına əsasən 1994-cü il iyunun 22-də baş tutması qərara alındı.

22 iyun 1994-cü ildə baş tutan seçkilərdə altı namizəd mübarizə apardı — Belarus Aqrar Partiyasından namizəd Aleksandr Dubko, Belarus Kommunist Partiyasından namizəd Vasili Novikov, Belarus Xalq Cəbhəsi Partiyasından namizəd Zenon Poznyak, hebelə bitərəf namizədlər Aleksandr Lukaşenko, Stanislav Şuşkeviç və Vyaçeslav Kebiç.

Nəticələrə əsasən 1-ci turda Aleksandr Lukaşenko 44,80 %, Vyaçeslav Kebiç isə 17,33 % səs topladı. Heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün iyulun 10-da 2-ci tur baş tutdu. 2-ci turun nəticələrinə əsasən isə Aleksandr Lukaşenko 80,60 %, Vyaçeslav Kebiç isə 14,20 % səs topladı. Bu minvallada Aleksandr Lukaşenko Belarus Prezidenti seçildi.

Nəticələr SıraNamizədPartiyaSəslərin nəticələri (1-ci tur)Səslərin nəticələri (2-ci tur)Səslər%Səslər%1.Aleksandr LukaşenkoBitərəf2 646 14044.804 240 02680.602.Vyaçeslav KebiçBitərəf1 022 17417.70748 34014.203.Zenon PoznyahBXCP757 19513.104.Stanislav ŞuşheviçBitərəf585 14410.105.Alexandr DubhoBAP352 1206.106.Vasili NovihovBKP252 0104.40

İstinadlar

Kateqoriya:Belarusda seçkilər Kateqoriya:1994-cü ildə seçkilər Kateqoriya:1994-cü ildə Belarus