Kiriniya Amerikan Universiteti (, ) — Şimali Kipr Türk Respublikasının Kiriniya şəhərində yerləşən özəl universitet. Universitet 1985-ci ildə Sərhad Akpınar tərəfindən amerikan tipli ali təhsil müəssisəsi olaraq qurulmuşdur. 31-ci ili ilə bağlı xüsusi tədbirlər keçirən universitet tabeliyində 10 fakültə və kollec var.
Həmçinin universitetin tərkibində GAU TV adlı televiziya kanalı fəaliyyət göstərir. Kanalı bütün Kipr adasından izləmək mümkündür. Universitet bina adlarına verilən "Freedom, Millenium, Spectrum" kimi müxtəlif adlarla diqqəti cəlb etmişdir. Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Fakültələr Universitetin tərkibində 10 fakültə və kollec fəaliyyət göstərir. Biznes və iqtisadiyyat fakültəsi Mühəndislik fakültəsi Memarlıq, dizayn və incəsənət fakültəsi Pedaqoji fakültə Rabitə fakültəsi Humanitar elmlər fakültəsi Hüquq fakültəsi Dənizçilik və nəqliyyat kolleci İdman və bədən tərbiyə kolleci Musiqi kolleci
Araşdırma mərkəzləri GAU tədqiqat mərkəzləri və laboratoriyalarında tətbiqi elm, mühəndislik və texnologiya sahələri üzrə qabaqcıl tədqiqatlar aparılır. Beynəlxalq İrs Tədqiqatları Mərkəzi memarlıq, dizayn və incəsənət fakültəsi çərçivəsində 2012-ci ildə qurulmuşdur və bir tədqiqat və dizayn mərkəzi kimi incəsənət üzərində tədqiqatlar aparır. Arxeoloji tədqiqatlar mərkəzi isə tarixi və arxeoloji tapıntılar üzərində araşdırmalar aparır.
Media Kiriniya Amerikan Universiteti tərəfindən "GAU Journal of Social and Applied Science" adlı elmi jurnal nəşr edilir. Bununla yanaşı universitetin nəzdində bütün Kipr adasına yayımlanan GAU TV fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Kiriniya Amerikan Universiteti rəsmi sayt Kiriniya Amerikan Universiteti fakültələr Tələbələr üçün GAU kitabçası