Labirint () — rejissoru və ssenari müəllifi Tolqa Örnək olan, baş rollarını Timuçin Esən, Məltəm Cumbul, Sarp Akkaya və Rza Kocaoğlunun canlandırdığı, Türkiyə və Almaniyanın birgə istehsalı əsasında 2011-ci ildə çəkilən döyüş, dram, triller və cinayət janrında film. Çəkilişlər İstanbul, Frankfurt və Mardində həyata keçirilmişdir. Kinoteatrlarda 289.713 tamaşaçı tərəfindən izlənilmişdir.
Məzmunu Türkiyənin ən böyük və ən sıx məskunlaşmış şəhəri olan İstanbulda bomba partlayır və nəticədə 30-u amerikalı, 5-i ingilis olmaqla, 95 nəfər həlak olur. Həyatını itirən şəxslər arasında amerikalılar və ingilislər də olduğuna görə bu terakt Türkiyədən sonra London və Vaşinqtonda da şok effekti yaradır. Yeni ortaya çıxan bir terror təşkilatı məsuliyyəti açıq-aşkar öz üzərinə götürür.
Orta Şərqi xaosa məruz qoyacaq ikinci və daha böyük terror aktının qarşısını almaq məqsədilə Türkiyə kəşfiyyatı "Labirint" kod adı altında əməliyyata başlayır. Türkiyə artıq terroristlərin və türk, amerikalı və ingilis kəşfiyyatının müharibə meydanına çevrilir. Bu hadisə İstanbuldan Mardinə, Frankfurtdan Şimali İraqadək əraziləri əhatə edən regionda hər kəsə görə fərqli mənada qəbul edilməkdədir. Türkiyə kəşfiyyatının iki görkəmli siması — Fikrət və Reyhan bir tərəfdən bu ciddi işdə birlikdə iştirak edərkən, digər tərəfdən də yaşadıqları ortaq çətinliklərin öhdəsindən birgə gəlməyə çalışırlar.
Rollarda
Timuçin Esən — Fikrət Məltəm Cumbul — Reyhan Sarp Akkaya — Bülənt Rza Kocaoğlu — Haluk Umut Kurt — Zait Melike Günər — Bahar Ozan Bilən — Rasim Ərdal Küçükkömürcü — Sərdar Cem Bəndər — Uğur Altan Gördüm — Yusuf Zavas Emre Meləməz — Əziz Aslıhan Gürbüz — Ayla Alptəkin Sərdəngeçti — Rıfat Akyıldız Numan Acar — Agent Bk-144 Giray Altınok — Ahmet Yurdaər Okur — İsmet Amit Rahman — Hasan Nur Xan Martin Turner — Haq Spenser Alize Gördüm — Ayşə Burhan Türk — Abdullah Kurtuluş Muzaffər Sayqın Üngör — Məmur Ulvi Yiğit — Hasan Yurtşən Fidan — Reyhanın anası Hakan Karaca — Bekir Eyüp Bahşi — Mahmud Tütüncü
Kateqoriya:2011-ci ilin Türkiyə filmləri Kateqoriya:Almanca filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:İstanbulda çəkilən filmlər Kateqoriya:Terrorizm haqqında filmlər