Dietilentriamin (DETA) – N-(2-aminoetil-1,2-etandiamin) - HN(CH2CH2NH2)2 formuluna malik uzvi maddədir. Şəffaf və rangsiz hidroskopik maye olub, suda və polyar üzvi həlledicilərdə həll olur, lakin sadə karbohidrogenlərdə həll olmur. Dietilenetriamin dietilenglikolun struktur analoqudur. Kimyəvi xüsusiyyətləri etilendiaminə bənzəyir və oxşar istifadə sahələrinə malikdir.

Alınması

DETA etilendiamin istehsalının (etilendixoriddən alınır) aralıq məhsuludur. thumb|320px|left

Tətbiqi Asfalt üçün aşqarlar Xelatlaşdırıcı maddələr Korroziya inhibitoru Susuzlaşdırma üçün aşqarlar Epoksid qətranlarını bərkitmək üçün vasitə Parça yumşaldıcıları Sürtkü yağlarına və qanacaqlara aşqarlar alınmasında Mineral xammalın emalında aşqarlar kimi Poliamid qətranlarının alınmsında SAM – səthi aktiv maddələr istehsalında Toxuculuq sənayesi üçün aşqarlar alınmasında Nəmliyə qarşı daha davamlı olan kağıza əlavə olunan polimerlər sintezində

Mənbə Eller, K.; Henkes, E.; Rossbacher, R.; Höke, H. "Amines, Aliphatic". Ullmann's Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH. doi: 10.1002/14356007.a02_001.

Qeyd Media related to Diethylenetriamine at Wikimedia Commons

Kateqoriya:Aminlər Kateqoriya:Etilendiamin