Əmiraslan ovdanı — XIX əsrdə Maştağada tikilmiş ovdan. Ovdanın əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub, su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Ovdan hazırda baxımsız vəziyyətdədir.
Şəkilləri
Həmçinin bax Balaxanı ovdanı Şirvanşahlar ovdanı
İstinadlar
Xarici keçidlər
Əmiraslan ovdanı / Ancient Ruins Of Azerbaijan
Kateqoriya:Maştağa abidələri Kateqoriya:Ovdanlar