Kristian Eiykman () — Niderland bakterioloqu və həkim, Nobel mükafatı laureatı.

Amsterdam Universitetini bitirmişdir. 1886-cı ildən İndoneziyada hərbi həkim, 1888-ci ildən Cakartada Batava patologiya laboratoriyasının direktoru, 1898–1928-ci illərdə Utrext Universitetində gigiyena professoru olmuşdur. Əsas əsərləri vitaminologiya üzrədir. Bir sıra xəstəliklərin mənbəyi kimi vitamin çatışmazlığı faktını kəşf etmişdir.

İstinadlar