Anapski rayonu () — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Anapa şəhəridir (rayon ərazisinə daxil deyil). Rayon Qara dəniz sahillərində yerləşir. Rayon şimal-şərqdən Krımski rayonu, cənubdan Gelencik və Novorossiysk şəhərləri, şimaldan Temryuk rayonu ilə həmsərhəddir.
Coğrafiyası Anapski rayonu 26 yanvar 1923-cü ildə Kuban-Qara dəniz diyarının Çernomorsk dairəsinin tərkibində qurulmuşdur. Əvvəlcə rayon aşağıdakı yaşayış məntəqələrindən ibarət idi: Anapa, Anapskaya, Blaqoveşçenskaya, Vinogradnı, Varvarovka, Vityazevo, Natuxayevskaya, Pavlovka, Psebeps, Raevskaya (Qırmızı-Medvedovskaya), Sukko, Supsex.
2 iyun 1924-cü ildən bu rayon Cənub-Şərqi vilayətin bir hissəsi olur.
16 noyabr 1924-cü ildən Şimali Qafqaz diyarının, 1934-cü il 10 yanvar tarixindən Azov-Qara dəniz ərazisinin və 13 sentyabr 1937-ci ildən Krasnodar diyarının bir hissəsi olur.
16 aprel 1940-cı ildə rayon ərazisinin bir hissəsi yeni qurulan Varenikovski rayonuna daxil olur.
22 avqust 1953-cü ildə ləğv edilmiş Varenikovski və Verxnebakanski rayonlarının ərazilərinin bir hissəsi Anapa rayonunun bir hissəsi olur.
11 fevral 1963-cü ildə ləğv edilmiş Temryuk rayonunun ərazisi rayonun bir hissəsi olur.
12 yanvar 1965-ci ildə Anapa şəhəri respublika tabeli şəhər statusu olur. Bununlada rayon tabeliyindən çıxarılır. Temryuk rayonu isə əvvəlki sərhədlərinə qaytarılır.
1982-ci ildə Natuxayevski, Misxakski və Rayevski kənd məclisləri Novorossiysk şəhərinin Primorski rayonuna verilir.
1 yanvar 1985-ci il tarixinə Anap rayonunda 7 kənd məclisi mövcud idi: Anap, Vinoqradnı, Vityazevski, Qay-Kodzorski, Qostaqaevski, Pervomayski (Yurovka k.), Supsexski.
2006-cı ildə Anapski rayonu və Anapa şəhərinin bələdiyyə islahatı zamanı, kurort şəhərində şəhər dairəsi statusuna sahib bir bələdiyyə qurulur.
Anapski rayonu isə inzibati ərazi vahidi statusunu qoruyurРеестр наименований географических объектов на территорию Краснодарского края по состоянию на 26.01.2017 // Государственный каталог географических названий (Росреестр).
İnzibati-ətazi vahidləri Anapski rayonunda 8 kənd inzibati ərazi vahidliyinə 48 yaşayış məntəqəsi daxildirКарта административно-территориальных границ муниципального образования городского округа город-курорт Анапа // Генеральный план городского округа город-курорт Анапа . Kənd inzibati dairələri:Anapski, Vinoqradnı, Qaykodzorski, Qostaqayevski, Ciqinski, Pervomayski, Ppimorski və Supsexki.
İstinadlar
Mənbə Официальный сайт района Муниципальное образование Абинский район Абинский район на портале исполнительных органов власти края
Kateqoriya:Krasnodar diyarının rayonları