350px|thumb|right|Bayraktar TB2 eniş zolağında. Bayraktar TB2 () — Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi."Baykar Makina" şirkəti tərəfindən istehsal edilir.
2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxmış və 05 – 06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirmişdir.Bayraktar Taktik İnsansız Hava Aracı (İHA) Sistemi yeni bir rekora imza atarak 24 saat 34 dakika uçtu. http://askerhaber.net/2014/08/06/bayraktar-taktik-insansiz-hava-araci-iha-sistemi-yeni-bir-rekora-imza-atarak-24-saat-34-dakika-uctu/Yerli İHA’dan uçuş rekoru! http://www.gazetevatan.com/yerli-iha-dan-ucus-rekoru--665776-gundem/ 17 dekabr 2015-ci il tarixində 2 Roketsan MAM-L idarəolunan raket atəş sınağında hədəfləri 100% dəqiqliklə vurmağı bacarmışdır.
Mülki aviasiya standartlarına uyğun olaraq hərbi məqsədlərə yarayan Baykar Makina tərəfindən yaradılmış Bayraktar TB2 Bayraktar komandası tərəfindən əsas istehsal yeri Türkiyə olmaqla hər kəs üçün istehsal edilmişdir.
Sistem 2014-cü ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilmişdir. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilmişdir. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan ordusu, Qətər ordusu və Ukrayna ordusu da istifadə edir.
Tarixi 2007-ci ildə Müdafiə Sənayesi Xidməti tərəfindən rəqabət əsasında (hər hansı bir AR-GE dəstəyi olmadan‘Çaldıran'ın yapım öyküsü. Hürriyet. Yalçın Bayer. http://hurarsiv.hurriyet.com.tr/goster/haber.aspx?id=12609180) Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişafı Proqramı başladıldı. Bu proqram çərçivəsində Bayraktar Taktik PUA Sisteminin uçuş testləri (tam avtomatik taksi, qalxma, uçuş, eniş, əyləc və angara qayıtmaq) sərgiləndi və Bayraktar Taktik İHA Sistemi, hədəflənən bütün performans meyarlarını uğurla tamamladı.‘Heron’a karşı ‘Çaldıran’. http://www.hurriyet.com.tr/gundem/12596150.aspTürk Heron’lar Gabar’da doğdu. http://www.milliyet.com.tr/turk-heron-lar-gabar-da-dogdu/guncel/gundemdetay/04.07.2010/1258874/default.htm
Sınaq mərhələlərindən sonra şirkət və İdarə Heyəti arasında 2 Taktik PUA Sisteminin müqavilə danışıqları 2010-cu ilin yanvarında Müdafiə Sənayesi İcra Heyətində başladıldı. 2012-ci ilin yanvar ayında müqavilə imzalanandan sonra Taktik PUA İnkişafı Layihəsi proqramının cədvəli çıxarıldı və iş qrafikə uyğun olaraq istehsala başlandı. Müqavilə imzalandıqdan sonra 2012-ci ilin avqust ayına qədər aparılan ilkin dronqayırma işləri uğurla başa çatdırıldı və kütləvi istehsalın əsası qoyuldu.
İlk prototip sistemlər 2013-cü ilin yanvarında hazırlanmış və bu sistemlərin uçuş sınaqları 2014-cü ilin martında başlamışdır. Testlər davam edərkən, kütləvi istehsala start verilmişdir.
Xüsusiyyəti 10 saat hava qalır, 24.000 funt yüksəklik, 250 km rabitə radiusu əsas xüsusiyyətləridir.
Silahları 250px|thumb|right|UMTAS raketləri "Zbroya ta bezpeka" (Silah və Təhlükəsizlik) sərgisində. Kiyev, 2017 Tank əleyhinə raketlər və hava bombaları daşımaq qabiliyyətinə malikdir. Belə ki, 2015-ci ilin dekabr ayında UMTAS ATGM-nin sınaq buraxılışı baş tutmuşdur.
Dörd raketlə silahlanan Bayraktar TB2 12 saatdan çox havada qala bilər. Bu, davamlı hava növbəsi keçirməyə və hədəfləri müəyyənləşdirdikdən sonra raketlər atmaq üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Reaksiya müddəti aviasiya ilə müqayisədə çox yüksək olur və bu az bir zaman müddətində mövcud olan hədəflərə təsirli bir şəkildə müdaxilə etməyi mümkün edir.
Texniki göstəriciləri 250px|thumb|right|Dronun idarəetmə mərkəzi. Yarıya bölünmüş model. Uzunluq: 6.5 m Qanad genişliyi: 12 m Maksimum qalxma çəkisi: 650 kq Yük tutumu: 55 kq Maksimum sürət: 222 km/saat Seyredici sürəti: 130 km/saat Fəaliyyət radiusu: 150 km Ən yüksək hədd: 8200 m Avtonom idarəetmə: 24 saat
PUA Rotax 912 daxili yanma mühərriki ilə təchiz olunmuşdur, gövdə kompozit materiallardan hazırlanmışdır və avtomatik qalxma-enmə sistemi ilə təchiz edilmişdir. Jurnalistlərin fikrincə, PUA-da köhnə hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün elektron döyüş avadanlığı ola bilər.
İstifadə tarixcəsi 250px|thumb|right|Bayraktar TB2 Runway 08 iyun 2009-cu il tarixində Bayraktar Blok Keşan Hərbi Hava Limanında ilk avtomatik test uçuşu keçirdi.İlk uçuş testi video çekim. Airport TV Röportaj. https://www.youtube.com/watch?v=w9uhdNIuEjM 3 oktyabr 2009-cu ildə Bayraktar Blok A, Sinop Hava Limanında rəsmi nümayəndə heyətinin iştirakı ilə uçuş sınaqlarını keçirdi. 06 yanvar 2010 Müdafiə Sənayesi İcra Heyətinin qərarı ilə Baykar ilə 2 Taktik PUA Sistemi üçün müqavilə danışıqlarına başlamağa qərar verildi.Savunma Sanayi İcra Kurulu Kararı. http://www.ssm.gov.tr/anasayfa/hizli/duyurular/PressReleases/arsiv/2010/Sayfalar/20100106ssikbasinaciklamasi.aspx Müqavilə 20 dekabr 2011-ci il tarixli idarə heyəti qərarından iki il sonra imzalandı.Savunma Sanayi Müsteşarlığı Proje Sayfası http://www.ssm.gov.tr/anasayfa/projeler/Sayfalar/proje.aspx?projeID=157 Taktik PUA İnkişafı Layihəsi 06 yanvar 2012-ci ildə başlamışdır. 29 aprel 2014-cü ildə Bayraktar Blok B ilk avtomatik uçuş sınağı tamamlandı.Dünyanın en gelişmiş İHA'sını Türkler yaptı. http://haber.stargazete.com/guncel/dunyanin-en-gelismis-ihasini-turkler-yapti/haber-880375Türkler bunu da yaptı. http://www.sabah.com.tr/Ekonomi/2014/05/08/turkler-bunu-da-yapti 14 iyun 2014 tarixində Bayraktardaki B Blokunu tam yüklə 27.030 metr yüksəkliyə qalxaraq Türkiyədəki yüksəklik rekordunu qırdı.Bayraktar yüksekten uçuyor! http://kokpit.aero/bayraktar-rekor-kirdi 5 – 6 avqust 2014 tarixində B Blokunda Bayraktar, 2400 Saat 34 Dəqiqə keçərək cəmi 4.040 km yolda 18.000 metr yüksəklikdə tam yüklənmiş halda havada qalaraq Türkiyə rekordunu qırdı.Bayraktar havada bir günü devirdi! http://kokpit.aero/bayraktar-24-saat-rekoru-kirdi?filter_tag=bayraktar Maksimum sürət testləri 11 sentyabr 2014-cü il tarixində keçirilmiş avtomatik uçuş testində həyata keçirilmişdir.Azami hız testi. http://www.youtube.com/watch?v=1DKR7e8KYUY&feature=youtu.be İlk kütləvi təqdimat 25 – 28 sentyabr 2014-cü il tarixlərində "İstanbul Airshow"da 2014-də oldu.TRT Haber Kanalı Röportaj Təhvil verilmə hazırlıqları 2014-cü ilin noyabr ayında tamamlandı.Bayraktar İHA teslimata hazırlanıyor http://kokpit.aero/bayraktar-iha-teslimata-hazirlaniyorGece uçan ne? http://kokpit.aero/gece-ucusu-yapan-ihaİlk milli İHA’lar teslime hazır. http://www.gazetevatan.com/ilk-milli-iha-lar-teslime-hazir-696958-gundem/ 17 – 22 noyabr 2014-cü il tarixlərində həyata keçirilən qəbul işləri tamamlandı.Milli İHA kabul testlerini geçti. http://www.gazetevatan.com/milli-iha-kabul-testlerini-gecti-700330-gundem/Bayraktar'a TSK'dan kabul. http://www.hurriyet.com.tr/gundem/27641192.aspVe karar verildi! http://www.gazetevatan.com/ve-karar-verildi--700143-ekonomi/Türk malı insansız hava aracı Bayraktar'a tam not. http://www.zaman.com.tr/ekonomi_turk-mali-insansiz-hava-araci-bayraktara-tam-not_2259848.htmlBayraktar Taktik İnsansız Hava Aracı kabul edildi. http://www.sabah.com.tr/ekonomi/2014/11/24/bayraktar-taktik-insansiz-hava-araci-kabul-edildiBayraktar İHA'ya tam not. http://www.milliyet.com.tr/bayraktar-iha-ya-tam-not/ekonomi/detay/1974282/default.htmGöreve hazır! http://www.haberturk.com/ekonomi/teknoloji/haber/1008790-goreve-hazir Baykar Bayraktar TB2, Denizqurdu hərbi təlimlərinə qatıldı.Göçmenleri ölümden İHA’lar kurtaracak. http://www.gazetevatan.com/gocmenleri-olumden-iha-lar-kurtaracak-788083-gundem/ Baykar Bayraktar TB2, iki paket təhvili reallaşdırıldı. Təhlükəsizlik Ümumi Müdirliyi Bayraktar TB2-ni əldə etmək sifarişi verdi.Emniyete yerli İnsansız Hava Aracı. http://www.milliyet.com.tr/emniyete-yerli-insansiz-hava-araci-gundem-2105701/Emniyete yerli İnsansız Hava Aracı. http://www.aksam.com.tr/siyaset/emniyete-yerli-insansiz-hava-araci/haber-435009Emniyete İHA takviyesi. http://www.aa.com.tr/tr/rss/578977--emniyete-iha-takviyesi 09 dekabr 2015-ci il tarixindən etibarən ilk 1000 uçuş saatı fasiləsiz tamamlandı.1000 saat tamamlandı! http://kokpit.aero/gokyuzunde-bin-saat 17 dekabr 2015-ci il tarixində Roketsan MAM-L milli tank əleyhinə idarə olunan bomba (cansız sursat) ilə ilk birbaşa hücumunu kerçəkləşdirdi.Milli İHA’ya yerli füze! http://www.gazetevatan.com/milli-iha-ya-yerli-fuze--895738-gundem/ Yerli İHA yerli raket attı http://www.hurriyet.com.tr/yerli-iha-yerli-raket-atti-40028737Milli İHA Bayraktar silahlandı http://www.sabah.com.tr/ekonomi/2015/12/18/milli-iha-bayraktar-silahlandiBayraktar TB2 Roketsan’ın UMTAS Füzesi’ni attı http://kokpit.aero/bayraktar-yerli-fuze-attiMilli İHA’ya yerli füze! http://www.milliyet.com.tr/milli-iha-ya-yerli-fuze--gundem-2165666/Yerli İHA Bayraktar, ilk raketli denemesini yaptı http://www.cumhuriyet.com.tr/video/video_haber/450232/Yerli_iHA_Bayraktar__ilk_raketli_denemesini_yapti.htmlYerli İHA Bayraktar yerli raket attı http://www.sozcu.com.tr/2015/gundem/yerli-iha-bayraktar-yerli-raket-atti-1011913/ Yerli İHA Bayraktar, ilk raketli denemesini yaptıhttp://www.zaman.com.tr/gundem_yerli-iha-bayraktar-ilk-raketli-denemesini-yapti_2333428.html Baykan Bayraktar TB2, 2019-cu ilin iyun ayında 100.000 uçuş saatına çatan Türkiyə istehsalı ilk PUA oldu.
Döyüşdə istifadə 2016-cı ildə ATGM UMTAS ilə silahlanmış pilotsuz uçuş aparatının kürd yaraqlılarına qarşı döyüşdə uğurlu istifadəsi barədə rəsmi məlumatlar verildi. Bu onun elan edilmiş taktiki və texniki xüsusiyyətlərini təsdiqlədi.
2019-cu ildə Liviyada Həftarın ordusuna qarşı Bayraktar TB2-dən istifadə edildi.
Bayraktar TB2 PUA-larından 2020-ci ilin fevralında Suriyanın İdlib vilayətində Türkiyənin keçirdiyi "Bahar qalxanı" əməliyyatı çərçivəsində Suriyanın hökumət qüvvələrinə və hökumətə sadiq olan digər hərbi birləşmələrə qarşı geniş istifadə edildi.
Bayraktar PUA-ları Azərbaycan tərəfindən 27 sentyabr 2020-ci ildə başlayan Qondarma Dağlıq Qarabağ Respublikasına qarşı döyüşlərdə istifadə edilmişdir.
İtkilər
Liviya Liviya Milli Ordusu (LMO) müntəzəm olaraq Türkiyə PUA-larını vuduğunu iddia edir.
2019-cu ilin dekabrın 8-də Liviya Milli Ordusu Tripoli yaxınlığındakı Ain Zarah bölgəsində iki Türk TB2 PUA-sını vurduğunu bildirmişdi.
31 mart 2020-ci ildə Liviya Milli Ordusu Liviyanın Tripoli şəhəri yaxınlığında başqa bir Türkiyə döyüş dronu Bayraktar TB2-ni vurmuşdu.
2 may 2020-ci ildə "Əl-Mərsad" nəşri Türkiyə istehsalı olan Bayraktar TB2 PUA-sının Mitiga hava limanının cənubundakı Tripolinin Arad rayonunda yaşayış binasına çırpıldığını bildirmişdir.
9 may 2020-ci il tarixində Liviya Milli Ordusunun hərbi məlumat şöbəsi LMO hava hücumundan müdafiə sistemlərinin Ain Zardaki əl-Kəbail bölgəsində Bayraktar TB2 PUA-sını vurduğunu iddia etmişdir.
12 may 2020-ci il tarixdə, LMO-nun 82-ci Piyada Taburunun nümayəndələrinin Əl-Şvarif bölgəsinin yaxınlığında, LMO hava hücumundan müdafiə vasitələrinin bir Türkiyə PUA-nı vurmağı bacardığı barədə xəbərlər yayılmışdır.
LMO Hərbi Məlumat Şöbəsi qalıqların fotoşəkilini də yayımlamışdır, bundan da PUA-nın Bayraktar TB2 modeli olduğunu görsənirdi.
Suriya 18 mart 2020-ci il tarixdə ANNA News Sarakib şəhərində vurulan Bayraktar TB2 PUA-sının qalıqlarının tapılması barədə məlumat vermişdi.
Türkiyə 2 iyul 2018-ci ildə Hatay vilayətində modernləşdirilmiş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Bayraktar TB2, ehtimal ki, mühərrik nasazlığı səbəbindən qəzaya uğramışdır.
Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı 20 oktyabr 2020-ci il tarixdə Dağlıq Qarabağ səmasında Azərbaycana məxsus Bayraktar TB2 erməni qüvvələri tərəfindən hava hücumundan müdafiə silahları ilə vuruldu. Noyabrın 8-də daha bir Bayraktar TB2 Qarabağın cənub-şərq hissəsində Ermənistan qüvvələri tərəfindən vuruldu.
İstifadə edən ölkələr 250px|thumb|right|Bayraktar TB2 istifadəçi ölkələr.