Bozlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Kənd XIX əsrin sonlarında Babaşlar kəndindən çıxmış bozlu adlı nəslin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.
Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bozlu kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Bozlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.
Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Bozlu kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin yamacında yerləşir.
Əhalisi Kəndin əhalisi Azərbaycan Türk mənşəli şahsuvarlı tayfasına mənsubdur.Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. С. 22
İqtisadiyyatı 2022-ci ildə "Azərişıq" ASC tərəfindən 17 km-lik 35 kV-luq "Bozlu–Pircahan" hava xəttinin tikintisi yekunlaşdırılmışdır.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri