Petrovsk rayonu () — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Svetloqrad şəhəridir. Əhalisi 71 084 nəfərdir (2020).

Coğrafiyası Rayon Stavropol diyarının mərkəzi hissəsində yerləşir. Rayon mərkəzi olan Svetloqradan, regional mərkəz, Stavropola qədər olan məsafə 75 km-dir. Qraçovski, Aleksandrovski, İpatovski, Türkmən və Blaqodarnı rayonları ilə həmsərhəddir.

Rayon ərazisində Prikalaus yüksəkliyi yerləşir. Bu yüksəklik Kalaus və Kuma çaylarının suayırıcısı rolunu oynayır. Rayon ərazisindən Böyük Stavropol kanalı keçir.

Tarixi Petrovsk rayonu 1924-cü ildə qurulmuşdur. Bundan əvvəl onun bir hissəsi olan kəndlər Blaqodarnenski qəzasının Petrovsk volostuna və daha əvvəl isə Stavropol vilayətinin Novoqriqorievsk qəzasınadaxil idi.

19 yanvar 1943-cü ildə Petrovsk rayonu alman faşist işğalçılarından azad edilir.

20 avqust 1953-cü ildə Qofitski rayonu ləğv edilir və ərazisi Petrovsk rayonuna verilir.

2 noyabr 1956-cı ildə Türkmən rayonu ləğv edilərək ərazinin bir hissəsi Petrovsk, Blaqodarnenski və Arzgirski rayonlarına verilir

1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeysk, Kursk, Levokumski, Mineralovodski, Petrovski, Şpakovski rayonları qurulur. 12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə:Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır.

1 may 2017-ci il tarixindən etibarən Stavropol Bölgəsinin 14 aprel 2017-ci il tarixli 36-kz saylı qanununa uyğun olaraq Petrovski inzibati dairəsinin bütün bələdiyyələri Petrovski şəhər dairəsinə birləşdirilir.

Ərazi vahidi öz statusunu qoruyur.

Əhali Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 36 043 kişi (46,17 %) və 42 024 qadın (53,83%) yaşayırdı.

Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı Milliyyət sayları faiz ruslar 72 806 93,26 ermənilər 1009 1,29 digərləri 4252 5,45 Ümumi 78 067 100,00 Urbanizasiya

Şəhər şəraitində rayon əhalisinin (Svetloqrad şəhəri) 49,74 % yaşayır.

Yaşayış məntəqələri Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 26 yaşayış məntəqəsini əhatə edir.

Rayonla əlaqəli insanlar Pavel Babenko — Sosialist Əməyi Qəhrəmanı.

İstinadlar

Mənbə

Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər