Timerlan Hüseynov (ukraynca: Тимерлан Рустамович Гусейнов, ) — qumuq əsilli ukraynalı futbolçu. Hal-hazırda Ukraynanın futbol klubu olan FK Odessanın idman direktorudur. O, Ukrayna Premiyer Liqasında 1993–1994, 1995–1996-cı illər çempionatlarında müvafiq olaraq 18 və 20 qolla bombardir olmuşdur. Bu illərdə o, Çornomorets Odessa klubunda çıxış etmişdir. Ukrayna yığma komandasında isə 14 beynəlxalq oyuna çıxmış və 8 qol vurmuşdur.

Oyunçu karyerası Hüseynov Sovet İttifaqının Dağıstan bölgəsinin Buynaksk rayonunda anadan olmuşdur. Onun atası qumuq, anası isə ukraynalıdır. 1970-ci ildə ailəsi ilə birlikdə Ukrayna Sovet Sosialist Respublikasının Pervomaysk rayonuna köçmüşdürlər.

Hüseynov Ukraynanın futbol tarixində bir çox ilklərə və rekordlara sahibdir. O, Ukrayna futbol tarixində rəsmi oyunlarda 100 qol həddini aşan ilk futbolçudur. Həmçinin o, Ukrayna futbol tarixində ən çox fərqlənən oyunçulardan biridir. O, 215 premiyer liqa oyununda 85 qola imza atmışdır. Milli komandadan uzun müddət kənarda qalmasına və cəmi 14 oyun keçirməsinə baxmayaraq, 8 qolla milli komanda da ən çox fərqlənən 10 oyunçudan biridir (2012-ci ilin 31 yanvarı hesabı ilə).

Ümumilikdə, Timerlan Hüseynov peşəkar futbolçu karyerası boyunca 453 rəsmi futbol oynuna çıxmış və bu oyunlarda 159 dəfə fərqlənməyi bacarmışdır. Karyerasının ən parlaq dövrlərini isə Zarya Luqansk FK klubunda keçirmiş və bu klubun əfsanələrindən biri olmuşdur.

Məşqçi karyerası Oyunçu kimi futboldan uzaqlaşdıqdan sonra son oynadığı klub olan Siqnal komandasında məşqçiliyə başlamışdır. Bu klub Odessa klubu olmaqla birlikdə həvəskar liqada çıxış edirdi. 2004–2007-ci illərdə burada baş məşqçi kimi çalışarkən Hüseynov Odessa oblastı kubokunu qazanmışdır. 2007-ci ilin fevralında o, Odessa FK-nin baş məşqçisinin köməkçisi olmuşdur. 2008-ci ildə klubun adminstrativ sahəsinə keçmiş və klubun idman direktoru olmuşdur. O, hələ də bu vəzifəsini icra etməyə davam edir.

Karyera statistikası

Klub KlubMövsümLiqaKubokAvropaÜmumiOyunlarQollarOyunlarQollarOyunlarQollarOyunlarQollarZarya Luqansk FK1985289----289198631810--328MOİK Kiyev FK198762----62MOİK Moskva FK1987121----121198810----10Zarya Luqansk FK19894818----48181990361210--3712Metallurq Zaporojye FK1991140----140Zarya Luqansk FK1992151121--17121992–9327841--319Çornomorets Odessa FK1993–1994331882--41201994–19952912722138151995–19963320105139211996–199728930403591997–199827652--3281998–19992913----29131999–200023110--2412000–200120----20Spartak Sumy FK2000–2001153----1532001–200216820--188KaryeraÜmumi453159358112499169

Yığma komanda №DateVenueOpponentScoreResultCompetition113 noyabr 1994Respublika stadionu, Kiyev, Ukrayna3–03–0UEFA Avro 1996 (seçmə mərhələsi)226 aprel 1995Kadriorq stadionu , Tallin, Estoniya1–01–0UEFA Avro 1996 (seçmə mərhələsi)36 sentyabr 1995Zalgiris stadionu, Vilnüs, Litva1–13–1UEFA Avro 1996 (seçmə mərhələsi)46 sentyabr 1995Zalgiris stadionu, Vilnüs, Litva2–13–1UEFA Avro 1996 (seçmə mərhələsi)511 oktyabr 1995Beziqrad stadionu, Lyublyana, Sloveniya2–02–3UEFA Avro 1996 (seçmə mərhələsi)69 aprel 1996Respublika stadionu, Kişinyov, Moldova1–02–2Yoldaşlıq oyunu79 aprel 1996Respublika stadionu, Kişinyov, Moldova2–02–2Yoldaşlıq oyunu81 may 1996Samsun 19 may stadionu, Samsun, Türkiyə2–32–3Yoldaşlıq oyunu

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Khokhlyuk, V. Huseynov Tymerlan Rustamovych (Гусейнов Тимерлан Рустамович). Luhansk Our Football.

Kateqoriya:Qumuqlar Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının ən yaxşı bombardirləri Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Futbol hücumçuları