Əhməd Topçu (, d. 2 fevral 1945, Rizə Çayeli — ö. 5 iyun 2019) — Türk akademik, pedaqoq

1945-ci ildə Rizənin Çayeli mahalının Yaşıltepe kəndində anadan olmuş, ibtidai məktəbi orada bitirmişdir. Orta təhsilini Əskişəhərdə, ali təhsilini isə Qaradəniz Texniki Universitetində bitirdi. Milli Təhsil Nazirliyinin təqaüdü hesabına Almaniyada yerləşən Duisburq-Essen universitetində doktorantura oxumuş Əhməd Topçu Anadolu Universitetində dosent adını, Əskişəhər Osmanqazi Universitetində isə professor adını almışdır. Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizi Universitetində 2 il boyunca professor olaraq dərs demiş, Əskişəhər Osmanqazi Universitetində şöbə müdiri və dekan vəzifələrində çalışmışdır. 2008-ci ildə öz xahişi ilə təqaüdə çıxmışdır. 5 iyun 2009-cu ildə vəfat etmişdir.

Kitabları Duran, M., Topçu, A., u.a., KRAM’76, Ein FORTRAN-Program zur Berechnung allgemeiner Tragwerke, Forschungsberichte aus dem Fachbereich Bauwesen, Uni. Essen, Almaniya, 1977; Topçu, A., Ein Beitrag zur systematischen Berechnung finiter Elementtragwerke nach der Kraftmethode, Doktora tezi, Essen Üniversitesi, Almaniya, 1979; Topçu, A., Mikro Mühendis, Mikro Bilgisayar Paket Programları 1, Anadolu Üniver. Yayınları no.: 211, Eskişehir, 1987; Topçu, A., Basic Bilgisayar Programlama , Bilim Teknik Yayınevi, İstanbul, 1990; Aydın, M.R., Akgün, Ö.R., Topçu, A., Betonarme Kolon Tabloları, Anadolu Üniversitesi Yayınları no: 532, Eskişehir, 1991;

E-Kitabları Topçu, A., Betonarme I, Sunu Ders Notları, 2008–2019; Topçu, A., Betonarme II, Sunu Ders Notları, 2009–2019; Topçu, A., Visual Basic 6, Görsel Programlama, Sunu Ders Notları, 1999; Topçu, A., Bilgisayar Destekli Nümerik Analiz, 2010–2014; Topçu, A., Sonlu elemanlar metodu, Ders notları, 2015–2017

Xarici keçidlər Prof.Dr. Ahmet Topçu'nun Anısına

İstinadları Kateqoriya:Türkiyə professorları