Sığırt — Zəngilan rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1364 m. Əsil adının Sığart olduğu söylənilir. Oronim türk dillərindəki sıq (quyu, oyuq) və art (dağ, yüksəklik) sözlərindən düzəlib, “oyuqlu dağ” mənasındadır.

9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan ordusunun Sığırt yüksəkliyini işğaldan tam azad edildiyini açıqlamışdır..

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun dağları