Stridsvagn 103, İsveç istehsalı olan qülləsiz əsas döyüş tankıdır. S tankı olaraq da tanınır. 1960-2001-ci illər arasında istismar edilmişdir. 2 mühərriki var. Mühərriklərdən biri qaz turbinidir, digəri dizel mühərrikidir, işarəsi olmadığı üçün top düzəldilmişdir. Tank qülləsi olmadığı üçün topu stabildir. Nişan alması və atəş açması üçün tırtıllarının başındakı asqıdan istifadə edir. Asqı sistemi, tankı ön hissəsindən istənilən səviyyəyə kimi yuxarı qaldırır və ya yerə yaxınlaşdırır. Tankın bu şəkildə konstruksiyasının səbəbi, qarla örtülmüş İsveç meşələrində tankın daha rahat hərəkətini və atəş imkanını təmin etmək fikridir. Tankın əməliyyat mənzili 390 km, maksimum sürəti isə 60 km/s olmuşdur. Kateqoriya:Bofors Kateqoriya:Tank tarixi