Sergey Sergeyeviç Kramarenko (27 may 1946, Gəncə, Azərbaycan SSR — 25 mart 2008, Moskva, Rusiya) — sovet futbolçusu, SSRİ İdman Ustası (1966). Futbolçu karyerasında qapıçı mövqeyində çıxış etmişdir.

Bioqrafiya Sergey Kramarenko futbol oynamağa anadan olduğu Gəncə şəhərində başlayıb. Karyerasının çox hissəsini Bakının "Neftçi" klubunda keçirib. 1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının bürünc mükafatını qazanıb. 1971-ci ildə hakimi vurduğu üçün 3 il futboldan diskvalifikasiya edildiФУТБОЛ. РАЗГОВОР ПО ПЯТНИЦАМ. Виталий ШЕВЧЕНКО: «И ТУТ ЗАХОДИТ ГАВРИЛОВ. В КИТЕЛЕ ГЕНЕРАЛА КГБ» , lakin 1973-cü ildə yenidən birinci liqada "Neftçi"də çıxış etməyə başlayıb.

Kramarenko SSRİ çempionatının yüksək liqasında oyun sayı baxımından Azərbaycan futbolunda rekordunu əlində saxlayır — 313 qarşılaşma (ləğv edilmiş bir matç da daxil olmaqla).

Karyerasını bitirəndən sonra məşqçilik etməyə başlayıb. Kramarenko "Göyəzən", "Xəzər Lənkəran", "Neftçi" klublarında çalışıb.

25 mart 2008-ci ildə Moskvada vəfat edib.

2008-ci ilin iyun ayında "Neftçi" klubu Sergey Kramarenko adına mükafat təsis edib. Mükafat Azərbaycan çempionatının ən yaxşı qapıçısına verilir (qapıçı mütəxəssislər və jurnalistlər arasında keçirilmiş sorğu əsasında müəyyənləşir).

Sergey Kramarenkonun oğlu Dimitri Kramarenko da qapıçıdır. Uzun müddət Azərbaycan yığmasının şərəfini qorumuş oğul Kramarenko hazırda "MOİK Moskva" klubunda qapıçılar üzrə məşqçidir.

Mirası 26 avqust 2026-cı ildə “Neftçi” PFK-nın Media departamenti klubun və Sergey Kramarenko haqqında sənədli film ərsəyə gətirib. Filmdə onun oğlu Dmitri Kramarenko, veteran futbolçular Kazbek Tuayev, Asif Əliyev, Rüstəm Rəhimov, "Neftçi" azarkeşi Akif Əliyev və tanınmış jurnalist Vasif Ağamirov əfsanəvi qolkiperlə bağlı xatirələrini bölüşüblər.

İstinadlar

Xarici keçidlər Фуад Мамедов-Пашабейли. Золотые парни "бронзового" года: легендарный вратарь дал в глаз судье // Сергей Крамаренко Памяти Сергея Крамаренко посвящается

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları