Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (; 1080–1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-cı ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır.
Etimologiya Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi.
Hökmdarları (Xanlar, Xaqanlar, Kağanlar) +Sülalə: BörçiginNoAdıHakimiyyət illəriHəyatıQeydlərPortret1.Xaydu xan1080–1100/11201025/1030/1040/1050–1100/11202.Xabul xan1100/1120–11481101–1148Çingiz xanın ulu babası və Yesugey bahadurun babası.frameless|176x176px3.Ambaqay xan1148–1156?-?4.Xutula xan1156–11601111–11605.Çingiz xan1160–12061155/1162–25 avqust 12271206-cı ildə böyük imperiya qurdu və son Xamaq Monqol xanı oldu.frameless|159x159px thumb|148x148px|Yesugey xan Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
İstinadlar
Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Monqol dövlətləri Kateqoriya:Atlı xalqlar