thumb|Karl Linneyin Systema Naturæ adlı əsərinin 1758-ci ildə çap edilmiş olan versiyasının üz qabığı

Systema Naturae (Latınca) — İsveçli botanik, zooloq və həkim Karl Linneyin (1707–1778) ən vacib əsərlərindən biridir və bu əsərdə Linney taksonomiyası təklif edilir. Bu gün binominal nomenklatura olaraq bilinən bu sistem, həqiqətdə Linneydən 200 il əvvəl Qaspard və Yohann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə dəWindelspecht (2002), p. 28., Linney bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası”

Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linney 1766-1768-ci illər arasında özünün sonuncu daha da inkişaf etdirilmiş XII nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Yohann Fridrix Qmelin tərəfindən 1788-1793-cü illər arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən XX əsrin əvvəllərindən etibarən eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 26 oktyabr 1954-cü ildə qəbul edilmiş 296-cı qanunu ilə Systema Naturae seriyasının XIII nəşri olaraq qəbul edilmişdir.Opinions and Declarations rendered by the International Commission on Zoological Nomenclature 8: 167–178, also p. 318 in ICZN 1987. Official lists and indexes of names and works in zoology. – pp. 1–366. London. (The International Commission of Zoological Nomenclature).

İstinadlar

Biblioqrafiya

Latın dilində

İngilis dilinə tərcümə edilmiş A General System of Nature translated by William Turton. Lackington, Allen, and Company, January 1806 (free, registration required)

Xarici keçidlər

Linné online

Kateqoriya:Bioloji təsnifat Kateqoriya:Bioloji sistemlər Kateqoriya:Biologiya tarixi