thumb

Partizan marketinqi (ing. - Guerrilla marketing) — şirkətlərin təklif etdiyi məhsul və ya xidmətləri tanıtmaq üçün gözlənilməz və qeyri-ənənəvi üsullardan istifadə etdiyi reklam strategiyaları. Bu, ictimaiyyətlə əlaqələrin bir növü hesab olunur. Termin 1984-cü ildə Cey Konrad Levinsonun nəşr etdirdiyi "Partizan marketinqi" kitabı ilə populyarlaşmışdır.

Partizan marketinqi potensial müştərilərlə birbaşa əlaqə yaratmaq üçün müxtəlif üsul və yanaşmalardan istifadə edir.Bernard Cova & Marcel Saucet, "The Secret Lives of Unconventional Campaigns: Street Marketing on the Fringe", Journal of Marketing Communications, 2014;Jay Conrad Levinson, 1984. Bu qarşılıqlı əlaqənin məqsədlərindən biri müştərilərdə emosional reaksiya yaratmaqdır. Marketinqin əsas məqsədi isə insanların məhsulları və ya brendləri alışdıqları və ya əvvəlkindən fərqli şəkildə xatırlamalarına nail olmaqdır.

Çap mediası, radio, televiziya və birbaşa poçt göndərişləri kimi ənənəvi reklam kanallarınınBelch, Michael A.; Belch, George E. (2008-06-05), "Integrated Marketing Communications", The International Encyclopedia of Communication, John Wiley & Sons, Ltd. populyarlığını itirməsi marketoloq və reklamçıları kommersiya xarakterli mesajlarını istehlakçılara çatdırmaq üçün yeni strategiyalar axtarmağa vadar edib. Partizan marketinqi istehlakçını gözlənilməz şəkildə təəccübləndirməklə məhsul və ya brend haqqında güclü təəssürat yaratmağa çalışır. Bu da öz növbəsində məhsul ətrafında maraq və söz-söhbətin yaranmasına səbəb olur. Bu reklam üsulu istehlakçının məhsul və ya xidmətlə qarşılıqlı əlaqəsini artırmağa və yadda qalan təcrübə yaratmağa yönəlib. Belə bir təcrübənin yaradılması istehlakçının və ya kampaniya ilə qarşılaşan şəxsin məhsul haqqında yaxınlarına danışmaq ehtimalını da artırır. Nəticədə ağızdan-ağıza yayılan məlumat vasitəsilə reklam olunan məhsul və ya xidmət ilkin olaraq nəzərdə tutulduğundan daha geniş auditoriyaya çatır.

Partizan marketinqi nisbətən ucuz başa gəlir və əsas diqqəti reklamın nə qədər tez-tez nümayiş etdirilməsindən daha çox, onun mümkün qədər geniş auditoriyaya çatdırılmasına yönəlir. Belə kampaniyaların uğurlu olması üçün şirkətlərin böyük məbləğdə vəsait xərcləməsi vacib deyil. Bunun əvəzinə yaradıcı yanaşma, enerji və kifayət qədər vaxt daha mühüm rol oynayır. Bu baxımdan partizan marketinqi xüsusilə böyük şirkətlər rəqabət aparan kiçik bizneslər üçün effektiv marketinq vasitəsi hesab oluna bilər.

İstehlakçılara çatdırılan mesaj, adətən aydın və yığcam şəkildə hazırlanır. Bu marketinq növü həm də şüuraltına təsir göstərir, çünki satınalma qərarları çox vaxt şüuraltı səviyyədə qəbul edilir. Məhsul və ya xidmətin şüuraltında qalması üçün onun təkrar-təkrar xatırladılması vacibdir. Buna görə də məhsul ətrafında maraq yaradıldıqda və insanlar bu barədə yaxınları ilə danışdıqda ağızdan-ağıza yayılan məlumat həmin mesajın təkrar ötürülməsini təmin edir.

Etimologiya və mənşəyi

Partizan marketinqi termininin mənşəyi məqsədə çatmaq üçün qeyri-adi taktikalardan istifadə edilən partizan müharibəsi anlayışı ilə əlaqələndirilir. 1984-cü ildə partizan marketinqi termini Leo Burnett şirkətinin kreativ direktoru Cey Konrad Levinson tərəfindən "Partizan marketinqi" ("Guerrilla Marketing") adlı kitabından təqdim edilmişdir. Burada əsas məqsdəd istehlakçıları məhsul və ya brend haqqında sosial media platformalarında danışmağa sövq etmək olduğundan kifayət qədər insanın diqqətini cəlb etmək üçün böyük yaradıcılıq və enerji tələb olunur. Bu, xüsusilə digər şirkətlərin də insanların diqqətini cəlb etmək uğrunda rəqabət apardığı və nəticədə istehlakçının gündəlik olaraq qarşılaşmalı olduğu informasiya və reklam qarışıqlığının yarandığı mühitdə özünü göstərir.

Partizan marketinqi məhdud büdcəyə malik kiçik və orta müəssisələr arasında populyardır. Bununla belə, eyni taktikalardan sosial media kampaniyaları vasitəsilə özlərini rəqiblərdən fərqləndirməyə çalışan iri şirkətlər də istifadə edirlər. Oxşar marketinq taktikalarından iş axtaran şəxslər də yararlanırlar.Marcel Bernard Cova & Marcel Saucet, "The Secret Lives of Unconventional Campaigns: Street Marketing on the Fringe", Journal of Marketing Communications, 2014.

Partizan marketinqi həmçinin küçə marketinqini də əhatə edəcək şəkildə inkişaf etmişdir. Küçə marketinqinin özü də zamanla şəhər küçələrinin adi mühitindən kənara çıxan fəaliyyətləri əhatə etməyə başlamış və beləliklə, daha yeni təşviqat üsullarını özündə birləşdirmişdir. Buna kütləvi şəkildə çap olunan flayerlər və animasiyalı rəqəmsal lövhələr nümunə göstərilə bilər.Bernard Cova & Marcel Saucet, "The Secret Lives of Unconventional Campaigns: Street Marketing on the Fringe", Journal of Marketing Communications, 2014.

Növləri

Pusqu marketinqi Gizli marketinq Astroturfinq Küçə marketinqi Şayiə marketinqi (buzz marketing) — informasiyanın şifahi formada ötürülməsi hesabına biznesi genişləndirmək cəhdi.

Üstünlükləri və mənfi cəhətləri Bütün növ mal və xidmətlər üçün yox, daha çox qeyri-adi məhsullar üçün nəzərdə tutulan və müsbət cavab vermə ehtimalı daha yüksək olan gənc istehlakçıları hədəf almaq üçün istifadə olunan partizan marketinqinin üstünlükləri aşağıdakılardır:

Çox vaxt digər kampaniya üsulları ilə müqayisədə daha ucuzdur; Daha çox yaradıcılığa imkan verir; Ənənəvi marketinq kampaniyaları ilə müqayisədə daha geniş auditoriyaya çata bilir; Marketinq mütəxəssislərinin iş prosesi daha əyləncəli ola bilir.

Risklər

Nümunələr

Həmçinin bax

Marketinq etikası Qəbilə marketinqi

İstinadlar

Kateqoriya:Marketinq Kateqoriya:Reklam Kateqoriya:Strateji menecment Kateqoriya:İqtisadi terminlər Kateqoriya:Marketinq metodları Kateqoriya:Marketinq strategiyası Kateqoriya:Marketinq kommunikasiyaları Kateqoriya:Memetika Kateqoriya:Təşviq və marketinq kommunikasiyaları