Şimali Kareliya (; ) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Şimali Savoniya, Cənubi Savoniya, Cənubi Kareliya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Yoensuu şəhəridir.

Şimali Kareliya dövlət səhiyyə işçiləri arasında məşhurdur. 1960-cı illərdə Finlandiya sənayeləşmiş ölkələr içərisində ürək xəstəlikləri ölüm rəqəminə görə liderlik edir; Şimali Kareliya Finlandiyada ən yüksək ölüm rəqəminə sahib idi. 1972-ci ildə Şimali Kareliyadakı bu riski hədəf alan uzunmüddətli bir layihə həyata keçirildi. Nəticədə xalq sağlamlığındakı yaxşılaşma hələ də əlamətdar sayılır və xalqın geri qalan hissəsi üçün bir modeldir.

Rayonlar Vilayət 3 rayon və 13 kommunadan ibarətdir. 5 kommuna şəhər statusuna sahibdir. (Aşağıda qalın şriftlə göstərilib)

Yoensuu rayonu: Heynyavesi İlomantsi (5,693) Yoensuu (74,475) Yuuka (5,355) Kontiolahti (14,104) Liperi (12,288) Outokumpu (7,396) Polviyaarvi (4,772)

Mərkəzi Kareliya rayonu: Kitee (9,083) Ryaakkyulya (2,528) Tohmayaarvi (4,975) Pielinen Kareliya rayonu: Lieksa (12,568) Nurmes (10,796)

Təhsil Şimali Kareliyadakı ali təhsil institutlarına daxildir: Şərqi Finlandiya Universiteti Şimali Kareliya Tətbiqi Elmlər Universiteti Riviera Peşə Təhsili və Təlimi

İstinadlar

Xarici keçidlər

North Karelia Visitkarelia.fi - Information about travel, tourism and other fields in North Karelia Video about travelling in North Karelia Pielis.ru – travel information about North Karelia region and City of Joensuu

Kateqoriya:Finlandiyanın vilayətləri