Robert Hyuston Eqqers () — Amerikalı rejissor, ssenarist, prodüser. Rejissoru olduğu "Cadugər" və "Mayak" filmləri ilə tanınır. Eqqers karyerasına Nyu-Yorkda teatr tamaşaları üçün dizayner və rejissor olaraq başlasa da, sonralar film sektoruna keçid etmişdir.Jessica Bloom. "Designer-Turned-Director Robert Eggers Discusses His Horror Film 'The Witch '". Format Magazine.

Həyatı Robert Eqqers 7 iyul 1983-cü ildə Amerikanın Nyu-Hempşir ştatında anadan olmuş, uşaqlığını da məhz bu ştatda keçirmişdir."Robert Eggers Biography ". AllMovie. 2 qardaşı var. ABŞ-nin Yeni İngiltərə bölgəsində keçən gəncliyi rejissorun yaradıcıllığı üçün ilham qaynağı olub. 2001-ci ildə bir aktyorluq məktəbinə yazılmaq üçün Nyu-Yorka köçüb.

Eqqers rejissor kimi debütünü 2015-ci ildə öz ssenarisi əsasında çəkdiyi "Cadugər" adlı qorxu filmi ilə etmişdir. Filmin premyerası 2015-ci ilin yanvarında Sandens Film Festivalında baş tutdu. Məşhur produksiya şirkəti A24 tərəfindən satın alınan film bir il sonra, 19 fevral 2016 tarixindən etibarən teatrlarda nümayişə qoyuldu.Kit, Borys (January 24, 2015). "Sundance: A24 Acquires Hot Horror Title 'The Witch' (Exclusive) ". The Hollywood Reporter. Tənqidçilərin filmə reaksiyası olduqca pozitiv idi və film 4 milyon dollarlıq büdcəsinə qarşı 40 milyon dollar gəlir gətirdi.

Növbəti filmi "Mayak"-ın ssenarisini hazırlayarkən rejissor qardaşı Maks Eqqers ilə birlikdə işləmişdir. Film 2019-cu ildə yayımlandı və tənqidçilərlə izləyicilər tərəfindən müsbət qarşılandı.

Hal-hazırda Eqqers orta əsrlərdə keçən və Vikinqlər haqqında olan "Şimal Adamı" filmi üzərində işləyir. Filmdə iştirak edəcək aktyorlara Nikol Kidman, Villem Defo, Anya Teylor-Coy və İtan Houk daxildir.Barter, Pavel. "Nicole Kidman in Belfast's The Northman movie ". Rejissor həm də Qriqori Rasputinin həyatı haqqında bir miniserial çəkməyə hazırlaşır.Fleming, Mike Jr. (February 22, 2016). "'The Witch' Helmer Robert Eggers To Write, Direct Rasputin Miniseries For MRC ". Deadline Hollywood.

Filmoqrafiya İlFilmQeydRejissorSsenaristProdüser2015CadugərHəHəYox2019MayakHəHəHə2022ŞimallıHəHəYox

İstinadlar

Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Nyu-York şəxsləri