Sara İbrahimova () — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu (2019), tanınmış kitabxana işi mütəxəssisi. 1984–2020-ci illərdə Bakı Dövlət Universitetinin Elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır.Mənəvi xəzinəmizin təəssübkeşi və fədaisi. "Respublika" qəzeti. 28 noyabr 2019-cu il Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə "Tərəqqi" medalı (2000), həmçinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir.

Həyatı Sara Hökmulla qızı İbrahimova 6 yanvar 1940-cı ildə Lənkəran şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.

Təhsili Lənkəran şəhər 4 saylı orta məktəbdə (1950–1960) təhsil alıb. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kitabxanaçılıq fakültəsində təhsil almışdır.

Fəaliyyəti 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanasında (indiki Bakı Dövlət Universitetinin Elmi kitabxanasında) işə düzəlir. O, 1967-ci ildə bu kitabxanada şöbə müdiri təyin olunur, 1984-cü ildə isə kitabxanaya direktor vəzifəsinə irəli çəkilir. 2020-ci ilədək bu kitabxananın direktoru vəzifəsində çalışmışdır.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlərin siyahısı "Tərəqqi" medalı ilə təltif edilənlərin siyahısı Kateqoriya:Azərbaycan kitabxanaçıları