Eynəkli kayman () — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ.
Görünüşü Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür. Bu növün adlarından biri ("eynəkli kayman") eynəklərin konturunu xatırladan gözlərin qırağındakı bir sümük silsiləsinin mövcudluğundan irəli gəlirlderton, D. Common Caiman Caiman crocodilus. Crocodiles and Alligators of the World. Facts on File, Inc. 1998. 131–135...
Gənc kaymalar bədənin hər yerində qara ləkələrə sahib olur və bədənlərində sarı zolaqlar olur. Böyüklər zeytuni yaşıldır. Dəri melanofor hüceyrələri tərəfindən təmin edilən rənglərini bir qədər dəyişdirə bilərlər. Beləliklə soyuq havalarda qaralırlar. Kaymanın yarımnövləri rəng, ölçü və kəllə quruluşuna görə dəyişir.
Yayılması Timsahabənzər kayman alliqatorlar fəsiləsinə daxil olan növlərin hamısından daha geniş areala sahibdir: Beliz, Qvatemala və Meksikadan Peru, Boliviya və Braziliyaya qədər. Yarım növü olan C. c. fuscus Kuba, Trinidad və Tobaqo, Dominikan Respublikası və Puerto-Rikoda introduksiya olunmuşdur. Bu növ kaymanlar duzlu suya olduqca dözümlüdür. Onlar materikə yaxın olan bəzi adalara yaşayırlar: Aruba, Sent Marten, Martinika, Qvadelupa, Baham adaları, Trinidad və Tobaqo və s.
Həyat tərzi Eynəkli kayman nəmli ovalıqlarda və su hövzələri yaxınlığında yaşamağa uyğunlaşaraq durğun suya üstünlük verir. Üzən eyxorniya bitkilərinin yayıldığı ərazilərdə üstünlük təşkil edirlər. Bu bitki cavan kaymanlara sığınacaq verir və onları uzun məsafələrə və hətta açıq dənizə götürə bilir. Quraqlıq zamanı kaymanlar ümumiyyətlə lilə girib qış yuxusuna gedirlər.
Timsah kaymalarının əsas təbii düşmənləri — iri timsahlar Crocodylus acutus, Crocodylus intermedius və Melanosuchus nigerin sayının azalmasından sonra, bir çox bölgələrdə onların sayı kəskin artmışdır.
Qidalanması Bu kaymanın əsas qidası molyusklar, su xərçəngləri, suda-quruda yaşayanlar, kiçik sürünənlər, kiçik məməlilər və balıqlar təşkil edir. Daha böyük erkəklər bəzən vəhşi donuzlar və ya anakondalar kimi daha böyük onurğalılara hücum edə bilir. Məlum adamyeyənlik halları vardır. Ümumiyyətlə eynəkli kaymanlar çox zəngin pəhrizə sahib olan bir fürsətçi yırtıcıdır.
Kaymanlar Cənubi Amerika tropiklərinin ekoloji sistemində mühüm rol oynayır; sayı azalarsa, balıq populyasiyaları da azalalır. Çaylardakı piranilərin sayını da tənzimləyirlər. Baxmayaraq ki, Paraqvay kaymanı kimi piraniləri yeməkdə belə mütəxəssis deyillərRoss, C. A. and Magnusson, W. E. "Living Crocodilians."Crocodiles and Alligators. Ross, C. A. Garnett, S. Dr. Facts on File, New York. 1989.58–73..
Təbii düşmənləri Kiçik ölçülü və gücsüz olduqları üçün eynəkli kaymanlarının özləri tez-tez yaquar, böyük anakondalar, timsahlar və qara kaymaların qurbanına çevrilirlər.
Çoxalma Erkəklər və dişilər 4 ilə 7 yaşlarında bədən uzunluğu sırasıyla 1,4 m və 1,2 m olmaqla cinsi olaraq yetkinləşirlər. Kaymalarda böyümə sürəti sosial vəziyyətdən asılıdır. Aşağı dərəcəli erkəklər daha yavaş böyüyürlər. Cütləşmə mövsümü maydan avqusta qədər davam edir. Yağışlı mövsümdə (iyul-avqust) dişilər kolluqlar arasında çürüyən bitkilərdən yuvası qurur. 15–40 yumurta qoyurlar. Dişi düşmənləri qovmaq üçün həmişə yuvaya yaxın qalır; bəzən bir yuvada bir neçə dişi yumurta qoyur. Tequ kərtənkələləri kayman yumurtalarını ovlayır. Bəzən yumurtaların 80 %-inə qədərini məhv edə bilirlər. İnkubasiya 90 gün davam edir. Yumurtadan çıxdıqdan sonra balalar ananın yanında bir müddət qalır.
Populyasiyanən statusu Qarın boşluqlarındakı osteoderm səbəbindən eynəkli kaymanların dərisi işləmək üçün ideal deyil. Paltar üçün yalnız yan tərəfin dərisi uyğun gəlir. Əsasən 1950-ci illərdə digər növlərin məhv edilməsindən sonra bu kaymalar üçün intensiv ov başlanır. Kayman dərisi tez-tez timsah dərisi kimi keçərlidir. Onlar fermalarda da yetişdirilir. Bu heyvanların ovlanmasına və tutulmasına baxmayaraq, əksər ərazilərdə yüksək uyğunlaşma, digər timsah növlərinin insanlar tərəfindən məhv edilməsi və süni su anbarlarının sahəsinin artması səbəbindən populyasiyaları kifayət qədər sabit qalır.
Yarımnövləri 3 yarımnövə bölünür:
Caiman crocodilus apaporiensis — Apaporis eynəkli kaymanıПеречень видов млекопитающих, птиц, рептилий, амфибий, рыб и беспозвоночных, экспорт, реэкспорт и импорт которых, а также их частей или дериватов регулируется в соответствии с Конвенцией о международной торговле видами дикой фауны и флоры, находящимися под угрозой исчезновения (СИТЕС) // Справочные материалы по нормативно-правовому обеспечению деятельности зоопарков и питомников Российской Федерации (часть I). Вестник информационного центра ЕАРАЗА . — : Информационный центр ЕАРАЗА, 2005. — С. 251. — 274 с. Kolumbiyanın cənub-şərqində, Apoporis çayının yuxarı hissəsində yaşayır. CITES Konvensiyasının I əlavəsinə daxil edilmişdir. Dəqiq sayı məlum deyil, təxminən 1000 baş olması ehtimal edilir. Caiman crocodilus crocodilus — Kolumbiya, Peru, qismən Amazon hövzəsi (Braziliya). Caiman crocodilus fuscus — populyasiyası 100.000-i keçdiyinə görə, bütün bölgələrində yayılmışdır. Kuba və Puerto-Rikoda intreduksiya olunmuşdur. Bəzən dördüncü yarımnöv qeyd edilir — C. c. chiapasius Boucurt, 1876.
Növ sinonimləri: sclerops Schneider, 1801 caiman Daudin, 1802 alligator? Blumenbach, 1807 punctulatus Spix, 1825 vallifrons Natterer, 1841 longiscuta Gray, 1862 multiscuta Gray, 1869 hirticollis Gray, 1869 lacordairei Borre, 1869
İstinadlar
Xarici keçidlər
crocodilian.com: Caiman crocodilus Kateqoriya:Alliqatorlar Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika faunası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları