Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax), Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı
Həyatı Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakültəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra "Kommunizm tuği" (hazırda "Uyğur avazı") qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan "Prostor" dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991–1995-ci illərdə "Arzu" dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 2002-ci ildən Qazaxıstan Respublikası Dövlət mükafatı komissiyasının üzvüdür. Hazırda Almatı şəhərində yaşayır.
Yaradıcılığı Əhmədcan Əşiri bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlamışdır. 1956-cı ildən başlayaraq yazıçının yayınlanan ilk hekayələri "Sabah məltəmi" və "Fərqli insanlar" adlanır. 1965-ci ildə "Belə yaşamaq istərəm" adlı hekayəsi yayınlanmış, daha sonra bir neçə kitabı nəşr edilmişdir. Əsərləri qazax, qırğız, özbək, yakut, türk, eləcə də çeçen-inquş, rus, Ukrayna, Çin dillərinə çevrilmişdir. "Ölməyənlər", "Muğamçı", "Tikan", "İdikut" pyesləri Qazaxıstan Dövlət Uyğur Musiqi Teatrında tamaşaya qoyulmuşdur. "Belə yaşamaq istərəm" (1965), "Bunu unutamaram" (1969), "Solmayan güllər" (1977) hekayələr, "Tək yovşan" (1980), "Nur Ana" (1988), "İdikut" (2003) romanları işıq üzü görmüşdür. Müəllifin özünəməxsus üslubda qələmə aldığı "İdikut" və "Baurçuk Art Tekin" roman-dialogiyası uyğur türklərinin dövlətçilik tarixindən bəhs edir. Əhmədcan Əşiri tərcümə yaradıcılığı ilə də məşğul olmuş, A. Çexovun "Albalı bağı", K. Şanqitbayevin "Ah, bu dəliqanlılar", Q. Lorkanın "Qanlı düyün" əsərlərini uyğur türkcəsinə çevirmişdir.
Mükafatları Əməkdə fərqlənməyə görə Qazaxıstan SSR Ali Sovetinin Fəxri Fərmanı (1988) "Astana" medalı (1998) "İlham" mükafatı (2003) – "İdikut romanına görə" Qazaxıstan Respublikasının "Hormət" (Құрмет) ordeni (2009) Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi medalı (2011) Beynəlxalq "Alaş" ədəbi mükafatı (2012) – "İdikut" dramının tamaşasına görə
Əsərləri "Осылай өмір сүргім келеді" аталатын алғашқы (povest) (1965) "Мұны ұмытуға болмайды" (1969) "Солмайтын гүл" (povestlər) (1977) "Жалғыз жалбыз" (roman) (1987) "Өлмейтіндер" (1973) "Мақамшы" (1979) "Дихан" (1984) "Жылпос" (1987) Дили Зия (roman esse) (2013)
Azərbaycanda yayınlanan kitabları İdikut (tarixi roman). Bakı: Zərdabi nəşr, 2020, 502 s.
İstinadlar
Xarici keçidlər Məşhur yazıçıdan Azərbaycana zəfər təbriki Kateqoriya:"Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyi" medalı ilə təltif edilənlər Kateqoriya:Qazaxıstan dramaturqları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Uyğur yazıçılar Kateqoriya:Qazaxıstan yazıçıları