Qazi Zahirəddin Məhəmməd Babur ( ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) () — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur.F. Lehmann: Zahir-al-Din Mohammad Babor . In Encyclopaedia Iranica. Online Ed. December 1988 (updated August 2011). "BABOR, ZAHIR-AL-DIN MOHAMMAD (6 Mo?arram 886–6 Jomada I 937/14 February 1483–26 December 1530), Timurid prince, military genius, and literary craftsman who escaped the bloody political arena of his Central Asian birthplace to found the Mughal Empire in India. His origin, milieu, training, and education were steeped in Persian culture and so Babor was largely responsible for the fostering of this culture by his descendants, the Mughals of India, and for the expansion of Persian cultural influence in the Indian subcontinent, with brilliant literary, artistic, and historiographical results."
Soyu və ailəsi Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi."Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)" Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanınThe Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE qızı Qutluq Nigar xanım idi.Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmişEncyclopædia Britannica, "Timur" , Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 ) monqolB. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …" boyu idi. Monqolların gizli tarixi () adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas e3boyunun qurucu əcdadlarıdır. Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I
Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı. Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmişG. Doerfer, "Chaghatay" , in Encyclopædia Iranica və çağdaş özbəkcəninAllworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995 yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.
Həyatı thumb|left|Baburun 12 yaşında olarkən hakimiyyətə keçməsini göstərən səhnə. Baburnamə. Babur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub. Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yalnız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu.Khair, Tabish (6 January 2006). Other Routes: 1500 Years of African and Asian Travel Writing. Signal Books. p. 162. ISBN 1-904955-11-8. O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər.Lal, Ruby (25 September 2005). Domesticity and Power in the Early Mughal World. p. 69. ISBN 0-521-85022-3. "It was over these possessions, provinces controlled by uncles, or cousins of varying degrees, that Babur fought with close and distant relatives for much of his life." Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.
Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi.Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. ss. 26–7. ISBN 0-06-050508-7. Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu.Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. pp. 26–7. ISBN 0-06-050508-7."The Memoirs of Babur" . Silk Road Seattle. University of Washington. Retrieved 2006-11-08. "After being driven out of Samarkand in 1501 by the Uzbek Shaibanids…" 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Şeybani xan Teymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. Nəticədə Teymurilər önəmli şəhərləri olan Səmərqənd, Buxara və Heratdakı hakimiyyətini itirdilər. Bölgədə Teymurilər sülaləsindən yalnız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur da Şeybani xanla mübarizədə uğur qazanmayaraq Pamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərək Kabilə daxil oldu və burada özünü şah elan etdi. Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.
Şeybani xan 1510-cu ildəSAVORY, ROGER. ESMĀʿĪL I ṢAFAWĪ baş vermiş Mərv döyüşündə Şah İsmayıla məğlub oldu və öldürüldü. Babur yaranan fürsətdən istifadə edərək keçmiş torpaqlarını geri qaytarmaq üçün Səfəvilərlə yaxınlaşdı.Sicker, Martin (August 2000). The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege in Vienna. p. 189. ISBN 0-275-96892-8. "Ismail was quite prepared to lend his support to the displaced Timurid prince, Zahir ad-Din Babur, who offered to accept Safavid suzerainty in return for help in regaining control of Transoxiana." Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 428–429. ISBN 8121903645. Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.
Baburun Böyük Moğol İmperiyasının əsasını qoyması thumb|150px|Baburnamədə təsvir olunmuş Panipat döyüşünə aid illustrasiya. Səmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərək Sind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi və Pişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfə Pəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi.Satish Chandra, Medieval India:From Sultanat to the Mughals, Vol. 2, 28.Eraly 2007, p. 27–29. 1522-ci ildə Qəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da,(Davis 1999, pp. 181, 183, 184 183) Baburun ordusunda odlu silah vardı.Baburun ordusunda Osmanlı zabiti olan Mustafa Ruminin rəhbərlik etdiyi bir artilleriya taboru mövcuddu.Butalia, Romesh C. The Evolution of the Artillery in India: From the Battle of Plassey to the Revolt of 1857, (Allied Publishing Limited, 1998), p. 16. Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü.Chandra, Satish. Medieval India: From Sultanat to the Mughals, Vol. 2, (Har-Anand, 2009), pp. 27–31.Szczepanski, Kallie. "The First Battle of Panipat" Babur bu qələbədən sonra Dehli və Aqranı ələ keçirdi. Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonra Aqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.
Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünə Qazi titulu götürdü.Roux, Jean Paul (1984). Türklerin Tarihi (Historie des Turks). Ad. ISBN 975-506-018-9.Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 432–436. ISBN 8121903645.
Mədəni fəaliyyətləri Babur şah türk dünyasının yetişdirdiyi dahi şəxsiyyətlərdən biri olmuşdur. Müdrik və ağıllı dövlət xadimi, siyasətçi, mahir sərkərdə olmaqla yanaşı, həm də incə ruhlu bir şair idi. Baburun idealı belə idi: "Əgər atan gözəl bir qanun yaratmışsa, onu saxla, əgər bu qanun pisdirsə, yenisini yarat".
Babur şah cavan yaşlarında mükəmməl təhsil görmüş, elm və sənət adamlarının əhatəsində olmuşdur. Babur hakimiyyəti illərində sənəti və sənətkarları dəstəkləməklə yanaşı özü də sənətkar və yazıçı idi. O, Əlişir Nəvaidən sonra çağatayca yazılmış ədəbiyyatın ən böyük şairi hesab olunur. Baburun divanında Risaləyi Validiyyə tərcüməsindən başqa 119 qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19 qitə, 15 tuyuq, 18 tamamlanmamış qəzəl, 3 nəzm, 16 müsərra beyt, 5 müfred və 4 mənsur əsər vardır. Bundan əlavə divanda farsca yazılmış 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur əsər də mövcuddur. Divanda əsasən eşq, təbiət, gözəllik, sosial həyat, əxlaq və təsəvvüf kimi mövzulara toxunulub. Divanın beş nüsxəsi vardır. Nüsxələr İstanbul Universitetinin kitabxanası, Fransa Milli Kitabxanası (), Topqapı sarayının Rəvan kitabxanası, İstanbul 100-cü il Atatürk Kitabxanası Müəllim Cədvəl yazmaları və Hindistanın Nəvvab kitabxanasında saxlanılır.
Baburun Əruz Risaləsi adlı başqa bir əsəri də vardır. Risalədə 500-dən çox vəznə yer verilmişdir. Əsərin Fransa Milli Kitabxanasındakı () nüsxəsi Mehmet Fuad Köprülü tərəfindən tapılmışdır. Əsərin başqa bir nüsxəsinin Tehranda surəti çıxarılmışdır.
Baburun Hənəfi fiqhinə aid Mübəyyən Dər Fiqh adlı məsnəvisi vardır. Baburun tərcümə etdiyi Risaləyi Validiyyə 243 beytdən ibarətdir və bu tərcümə tədqiqatçılara onun təsəvvüfə meylləndiyini söyləməyə əsas verir.