Müzəffər Özdağ () — əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbçi.

Həyatı Hərb Məktəbini, Hərb Akademiyasını və Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 27 may 1960-cı il hərbi çevrilişində zabit olaraq iştirak etmişdir. 13 noyabr 1960-cı ildə Milli Birlik Komitəsinin parçalanmasından sonra 14-lərdən biri olaraq Tokioya sürgünə göndərildi. Respublikaçı Kəndli Partiyasından siyasətə qatılmış və TBMM XIII çağırış Afyon millət vəkili seçilmişdir. 1971-ci ildən sonra siyasətdən ayrılmışdır.

2002-ci ilin 6 fevralında Ankarada vəfat etmişdir. Məşhur türk siyasətçisi və millətçisi Ümid Özdağın atasıdır.

Həmçinin bax Ümid Özdağ

İstinadlar

Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:TBMM XIII çağırış deputatları