Vüqar Əhəd oğlu Süleymanov () — Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.

Həyatı Vüqar Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib.

1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

Ailəlidir, 3 övladı var.

Əmək fəaliyyəti 1994–2002-ci illərdə özəl təşkilatlarda çalışıb. 2002–2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

2018–2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.

21 aprel 2020-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

4 fevral 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

İstinadlar

Xarici Keçidlər Vüqar Süleymanov