Oruc İbrahim oğlu Zalov () — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (1998–2022), polis general-leytenantı (2002).

Həyatı Oruc İbrahim oğlu Zalov 7 dekabr 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qərargah rəisi vəzifəsində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1998-ci il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbələri verilmişdir.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 8 dekabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.http://www.adam.az/az.php?subaction=showfull&id=1206643515&archive=

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanın dövlət xadimləri