Nur Nissa İnayət Xan və ya Nora Beyker kimi tanınan Nur İnayət Xan () — İkinci Dünya müharibəsində İngiltərə Xüsusi Əməliyyat Bürosunda xidmət edən ingilis casusu."Noor Inayat Khan: remembering Britain's Muslim war heroine ", 23 October 2012.
Madlen kod adı altında İngiltərə Xüsusi Əməliyyat Bürosunun () agenti olaraq, İkinci Dünya müharibəsi dövründə Fransa Müqavimət hərəkatına kömək məqsədilə İngiltərədən, işğal olunmuş Fransaya göndərilən ilk qadın operator olub. İnayət Xan ona edilən xəyanət nəticəsində tutularaq, Daxau həbs düşərgəsində edam edilib. Ölümündən sonra Birləşmiş Krallığın ali ordenlərindən biri olan SOE-dəki xidmətlərinə görə George Crossa layiq görülüb. Erkən həyatı Ailədki dörd övladdan böyüyü olan Nur İnayat Xan 1 yanvar 1914-cü ildə Moskvada anadan olub.
Atası İnayət Xan Hind sultanlarının nəslindən olan müsəlman idi; valideynlərinin hər ikisi zadəgan nəslindən idilər və nəsillərində musiqiçilər var idi. Onun ulu babası Maysur əmirliyi hakimi Tipu Sultan idi. Avropada musiqiçi və sufizm müəllimi olaraq yaşadı. Anası Pirani Amina Bequm (Ora Rey Beyker), Nyu-Meksiko ştatının Albukerke şəhərindən olan və Amerikada gəzərkən İnayət Xan ilə tanış olan amerikalı idi. Ora Beyker, Amerikalı yoqi və alim Piyer Bernardın bacısı idi,İnayətlə görüşdüyü anda onun qəyyumu idi.Claims that Ora Ray Baker was related to Christian Science founder Mary Baker Eddy require corroboration. Vilayət daha sonra “Qərbin Sufi Cəmiyyəti” nin başçısı oldu, daha sonra Beynəlxalq Sufi Cəmiyyəti və indi İnayət Cəmiyyəti adlandırıldı.
1914-cü ildə, Birinci Dünya müharibəsi başlamazdan bir müddət əvvəl ailə Rusiyadan Londona köçdü və Blumsberidə yaşadı. Nur Nottinq-Hildəki uşaq bağçasına getdi. 1920-ci ildə Fransaya köçdülər,Paris yaxınlığındakı Suresnesdə, sufi hərəkatının xeyirxahlarından birinin hədiyyəsi olan evdə yerləşdilər. 1927-ci ildə atasının ölümündən sonra depresiyaya düşən anasına və kiçik qardaşlarına dayaq olan Nur ailənin məsuliyyətini öz üzərinə götürdü.
Gənc qız olan Nur sakit, utancaq, həssas və xəyalpərəst biri kimi xarakterizə olunurdu. Sorbonnada uşaq psixologiyası üzrə təhsil alır və Nadiya Bulanjenin rəhbərliyindəki Paris Konservatoriyasında arfa və fortepiano üzrə musiqi təhsili alır. Nur şeir və uşaq hekayələri yazır və uşaq jurnallarında və Fransız radiosunda çalışır. 1939-cu ildə kitabı, buddist ənənələrinə istinad edən Jataka nağıllarından ilhamlanaraq yazdığı Twenty Jataka Tales Londonda nəşr olundu.Twenty Jataka Tales. Retold from the Pali Jataka and the Jataka-mala by Noor Inayat, and pictured H. Willebeek Le Mair., London: George G. Harrap, 1939. , worldcat.org. Retrieved 6 September 2020.
İkinci Dünya müharibəsinin başlamasından sonra, Fransa Alman qoşunları tərəfindən işğal edildikdə, ailə 22 iyun 1940-cı ildə Cornvaldakı Falmuta enərək Bordoya və oradan dəniz yolu ilə İngiltərəyə qaçdı. Başlanğıcda atalarının şagirdlərindən olmuş filosof Bezil Mitçellin Sauthemptondakı evində qaldılar.Jean Overton Fuller, Born For Sacrifice (Pan Books, 1957) pp. 43, 56-7.
Qadın köməkçi hava qüvvələri Nur, pasifist ideayalardan dərindən təsirlənsə də, o və qardaşı Vilayət nasist zülmünü məğlub etməyə kömək olmaq qərarına gəldilər: "Kaş ki, bəzi hindlilər bu müharibədə yüksək hərbi fərq qazansalar. Bir və ya iki nəfər Müttəfiqlər xidmətində çox cəsarətli və hamının heyran qala biləcəyi işlər göstərə bilsəydilər, ingilis xalqı ilə hindlilər arasında körpü yaratmağa kömək olardı.
1940-cı ilin noyabrında Nur Qadınların Köməkçi Hava Qüvvələrinə () qatıldı və 2-ci dərəcəli təyyarəçi olaraq simsiz operator kimi təhsil almağa göndərildi. 1941-ci ilin iyununda bombardmançı təlim məktəbinə təyin olunduqdan sonra, özünü darıxdırıcı işdən azad etmək üçün komissiyaya müraciət etdi.
İngiltərə Xüsusi Əməliyyat Bürosu ( SOE) thumb|right|Vanbou malikanəsi Daha sonra, Nur İnayət Xan Xüsusi Əməliyyatlar Bürosunun F (Fransa) bölməsinə üzv qəbul edildi və 1943-cü il fevral ayının əvvəlində Hərbi Hava Nazirliyinə, Hava Kəşfiyyatı Müdirliyinə göndərildi, Yeomenri İlk Yardım Korpusuna (Şahzadə Kral Könüllü Korpusu)(FANY) göndərildi və Surreydəki Qilford yaxınlığındakı Vanbou malikanəsinə, bundan sonra Buckinhemşirdəki Eylsberiyə, işğal edilmiş ərazidə rabitəsiz operator kimi xüsusi təhsil almağa göndərildi.
Bu vəzifəyə göndərilən ilk qadın olacaqdı,çünki ondan əvvəl göndərilən bütün qadın agentlər kuryer kimi göndərilmişdi. Əvvəllər simsiz teleqrafiya (radioteleqraf) təhsili almış Nur, radio təlimlərinə yeni başlayanlar arasında üstünlük qazandı,o, həm cəld, həm də dəqiq çalışırdı.
Nəhayət,agentlərə sonuncu məşq Gestapo sorğusu oldu,ələ keçirildikləri təqdirdə agentlərə onlar üçün hazır ola biləcək şeyin dadını vermək məqsədi daşıyan bəzi təcrübələr keçirilirdi. Nurun qaçan zabiti onun dindirilməsini "demək olar ki, dözülməz" hesab etdi və "qorxunc göründüyünü bildirdi ...o qədər boğuldu ki, az qala səsini itirdi "və bundan sonra" titrəyirdi və kifayət qədər ağarmışdı.
"F" bölməsinin rəsmi tarixçisinin müharibədən çox sonra şəxsi işində verilən son hesabatında belə deyilir: "Beyinini yükləmədən çox çalışdı və kursun təhlükəsizlik tərəfini ifşa olunmaması xaricində çox çalışmış və həssaslıq göstərmişdir. Qeyri-sabit və temperamentli bir şəxsiyyətə sahibdir və həqiqətən bu sahədə işləmək üçün uyğun olub olmadığı çox şübhəlidir. " Bu şərhin yanında "F" bölməsinin rəhbəri Moris Bakmaster, haşiyədə "cəfəngiyat,ağılsızlıq" və "Onların beyinlərinin yüklənməsini istəmirik" deyə yazmışdı.
Nurun rəhbərləri onun gizli müharibəyə uyğunluğu barədə müxtəlif fikirlər söylədilər və təlim keçmiş rabitəsiz operatorlarını sahəyə cəlb etmək lazım olduğu üçün təhsili yarımçıq qaldı. Xanın "uşaq kimi" keyfiyyətləri, xüsusən mülayim davranışı və "hiyləgərliyi", SOE-nin təlim məktəblərindəki müəllimlərini çox narahat etirdi. Bir təlişi onun "iki üzlü" bir şey etmək istəməyəcəyini söylərkən, bir başqası isə "xarakterinə görə çox qadın kimi, bu işə çox istəkli, özünü şirkətin əhval-ruhiyyəsinə uyğunlaşdırmağa çox hazır olduğunu",digəri isə, yüksək qabiliyyətli,ürəyi yumuşaq,emosional,zəngin xəyal gücü olan biri olduğunu söyləyirdi.
Başqa bir müşahidəçi deyirdi: "Çox məlumat verməyə meylli idi. Beynində dumanlı fikirləri ilə buraya gəlmişdi. Daha sonra başqaları onun fiziki cəhətdən yararsız olduğunu, kütlə içində asanlıqla itməyəcəyini iddia etdi.
Fiziki cəhətdən olduqca kiçik olan Nur müəllimlərindən bir sıra atletik təlimatlar da aldı: "Çox yaxşı işləyə bilər, amma digər tərəfdən də bacarıqsızdır. Tullanmaq üçün uyğun deyil." "Silahlardan çox qorxur, amma üstündə gəzdirməyə həvəslə çalışır."
Nur hərbi operatoru təhsili alırdı və bu sahədə kifayət qədər məlumatlıydı.Onun "yumruğu" və ya düymələrə toxunma tərzi,barmaqlarının soyuqdan şişməsi səbəbindən bir qədər ağır idi, amma sürəti günü-gündən yaxşılaşırdı. Bir çox istedadlı musiqiçilər kimi - Nur da arfa çalırdı - o, təbii siqnal ötürücü idi.
Bundan əlavə, Vera Atkins (F Bölməsinin kəşfiyyat məmuru), başqa bir təlim hesabatını asanlıqla təsdiqlədiyinə görə, Nurun öhdəliyinin lazımlı olduğunu israr etdi: "O, Qadın köməkçi hava qüvvələrində çıxılmaz vəziyyətə gəldiyini hiss etdi və müharibədə daha fəal, daha çox fədakarlıq tələb edəcək bir iş görmək arzusunda idi." Beləliklə, Suttilin tələbi ilk dəfə gələndə Vera Nuru təbii ki, ən gözəl seçim olaraq gördü və sahə təhlükəsizliyi və kodlaşdırma üzrə son təhsili qısaldılmalı olsa da, getməyə hazır olduğunu bildirdi. thumb|B MK II qəbuledici və ötürücü (B2 radio seti kimi də bilinir) Nurun missiyası xüsusilə təhlükəli missiya idi. Qadın kuryerlər o qədər müvəffəqiyyətli idilər ki, onları simsiz operator kimi istifadə etmək qərarı verildi,bu daha da təhlükəli bir iş idi, bəlkə də hamısından ən təhlükəli olan bir iş idi. Operatorun işi sahədəki dövrə ilə London arasında əlaqə yaratmaq, planlaşdırılmış təxribat əməliyyatları və ya müqavimət döyüşçüləri üçün silahların lazım olduğu yerlər barədə mesajlar almaq və ötürməkdən ibarət idi. Belə bir əlaqə olmadan hər hansı bir müqavimət strategiyasının koordinasiya edilməsi demək olar ki, mümkün deyildi, lakin operatorlar müharibə getdikcə yaxşılaşan,üzə çıxmada çox həssas idilər.
Çardaqlarda dayanan və ya yuyucu xəttinə bürünmüş antenalarla özlərini bacardıqları qədər gizlətmək,ötürücülərin açarına Morze əlifbasını vururdular və tez-tez mesajların alındığını söyləyən bir cavab üçün saatlarla tək gözləyirdi. 20 dəqiqədən çox hava yayımında qalsaydılar, siqnallarının düşmən tərəfindən alınması ehtimalı var idi və aşkarlama mikroavtobusları bu şübhəli siqnalların mənbəyini izləyəcəkdi. Operator yeri köçürdükdə, irihəcmli radioötürücü bəzən bir çamadanda və ya bir dəstə odunun içində gizlədilməli idi. Durdurulub axtarılsaydı, operatorda ötürücünü izah edəcək bir hekayəsi olmazdı. 1943-cü ildə bir operatorun ömrü altı həftə idi.
Nur, agentlərin yola düşməzdən əvvəl yeni şəxsiyyətlərinə uyğunlaşmaq və vəzifələrini nəzərdən keçirmək üçün sonuncu şansı olduğu yer olan Bakinqhemşirdəki bağ evində qalmışdı. Nurun idarəedici zabiti, təlimdə agentləri izləyən qadın yoldaş, Vera Atkinsə, Nurun qaranlıq otaqda fikrə daldığını və həyata keçirəcəklərindən açıq-aşkar narahat olduğunu söylədi. Sonra Nurla bağ evində qalan iki yoldaş agent birbaşa Veraya məktub yazaraq getməkdən vaz keçdiklərini söylədilər. Bu mərhələdə belə bir müdaxilə ən qeyri-adi olanı idi. thumb|upright=0.7|İnayət Xana Mahatma Qandinin zorakılıqdan uzaq fəlsəfəsinə hörmət etmək öyrədilmişdi. Atkins, Nuru Londona çağırıb görüşmək və danışmaq qərarına gəldi. Vilayət, məhz bu görüş zamanı bacısının vəzifəsindən imtina etməsini istədi,onu tutduğu mövqeyindən çəkindirməyə çalışdı. "Görürsən, Nora və mən Qandinin zorakılığa zid olan siyasəti ilə yetişmişdik və müharibə başlayanda nə edəcəyimizi müzakirə etdik" atasının yolu ilə gedərək Sufizm təsəvvüfünü davam etdirən Vilayət dedi. O,dedi: "Yaxşı, bir şey etməliyəm, amma heç kimi öldürmək istəmirəm." Mən dedim: '"Yaxşı, müharibəyə qoşulacağıqsa,qətl törətmədən, özümüzü ən təhlükəli mövqelərə cəlb etməliyik". Nəhayət İngiltərəyə getdiyimiz zaman mən mina təmizləmədə könüllü idim və o, SOE-də könüllü oldu,buna görə də o gün dediklərimə görə özümü həmişə günahkar hesab etmişəm."
Nur və Atkins Meyferdə Manetta adlı restoranda görüşdülər. Atkins, Nurun uğur qazanacaq qabiliyyətinə inandığını söylədi. Etibar hər agent üçün ən vacib şey idi. Nurun tullanması və hətta kodlaması zəif olsa da, Atkins, yaxşı işləyən agentlərin yola çıxmadan əvvəl işin öhdəsindən gələ biləcəklərinə inanırdı. Atkins, söhbəti Nurdan işini sevib-sevməməsini soruşaraq başladı. Nur təəccüblə baxdı və dedi: "Bəli, əlbəttə sevirəm."
Atkins sonra ona məktub və onun məzmunu haqqında danışdı. Nur,onun, yararsız ola biləcəyi düşünəcəsindən çox dilxor oldu. "Bilirsən ki, əgər şübhən varsa geri dönmək üçün gec deyil ...Əgər özünüzü bu obrazda görmürsünüzsə - hansı səbəbdən getmək istəmədiyinizi mənə indi söyləyin...Hər şeyi elə düzəldəcəm ki,sən utanmayasan. Sənədinizdə heç bir xəta olmadan xidmətin başqa bir şöbəsinə köçürüləcəksiniz. Açıqcası, bunu hiss etmədiyini etiraf edən kişiyə və ya qadına hər cür hörmətimiz var ", Atkins ona dedi: "Bizim üçün yalnız bir cinayət var: oraya çıxıb yoldaşlarınızı yarı yolda qoymaq..."
Nur getmək istədiyini və işi üçün səriştəli olduğunda qətiyyətlə israr etdi. Nur yalnız narahatlığının ailəsi olduğunu söylədi. Nur, dul qalan anası ilə vidalaşmağı indiyədək gördüyü ən çətin iş olaraq gördü. Vera ona tövsiyə etdiyi kimi, anasına həqiqəti söyləməsin: xaricə, ancaq Afrikaya gedəcəyini söyləsin və o,yalan danışmağı çox qəddar addım qəbul edirdi.