Dördüncü Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Həmin Qanuna əsasən Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
İqtisadiyyatı Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Mədəniyyəti Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926.
Təhsil Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbədə "34 № li tam orta məktəb" fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Füzuli rayonunun qəsəbələri Kateqoriya:2008-ci ildə yaranan yaşayış məntəqələri