right|thumb|Çinın ən qədim məscidi. Sian Bu, Çindəki görkəmli məscidlərin siyahısıdır. Məscid İslam dininin tərəfdarları üçün ibadət yeridir. Çində ilk məscid 627-ci ildə Tan sülaləsi dövründə inşa edilən Quançjoudakı Xuayşen məscidi idi. 2014-cü ildə Çində 39.135 məscid var idi, bunlardan 25.000-i şimal-qərb muxtar bölgəsi olan Sintszyan-Uyğur Muxtar Rayonundadır, 500 müsəlmana bir məscidin düşməsi kimi yüksək sıxlıq var ölkədə.

Çində məscidlərə Tsin Çjen Si ("Saf həqiqət məbədi") deyilir, bu ad da Çin yəhudiləri tərəfindən sinaqoqlar üçün istifadə olunurdu. Digər adlara Xui Xui Tan(), Xui Xui Si (, "Xui xalqının məbədi"), Li Bai Si (, "İbadət məbədi"), Cjen Tzyao Si (, "Həqiqi tədris məbədi") və ya Qinq Jinq Si (清净寺, "Saf və təmiz məbəd") daxildir.

Tzin sülaləsi dövründə Hueylər məscidlərinin girişində üzərində "Huáng Dì Wàn Suì, Wàn Suì, Wàn Wàn Suì" (皇帝 萬歲 , 萬歲 , 萬 萬歲),"İmperator, sonsuza qədər yaşasın." yazılmış bir lövhə qoyulmuşdu. Vansui, çin dilində əbədi mənasını verən "on min il" deməkdir. Broomhall 1910, p. 290. Çinə səyahət edən qərblilər bu lövhələrin Yunnan və Ninbo məscidlərində olduğunu qeyd etdilər.

Əksər məscidlərin bir-biri ilə müəyyən oxşar cəhətləri vardır, lakin digər bölgələrdə olduğu kimi Çin İslam memarlığı ilə, yerli memarlığı öz üslubunda əks etdirir. Çin məbədləri xatırladan gözəl məscidləri ilə məşhurdur. Lakin Çinin qərbində məscidlər hündür, incə minarələri, əyri tağları və günbəz formalı damları ilə yanaşı bənzərsiz çox qatlı portalları ilə İran və Orta Asiyadakı məscidlərə də bənzəyir. Çinli Hueylərin məscidlərini inşa etdikləri Çinin şimal-qərbində,şərq və qərb üslublarının birləşməsi vardır. Məscidlər səddi olan həyətlərdə,miniatür qübbələri və minarələri olan sütunlu keçidlərdə quraşdırılmış Buddist üslublu damlara malikdir.Saudi Aramco World, July/August 1985 , page 3035

Hueylər məscidlərinin memarlıq tərzi məzhəblərinə görə dəyişir. Çin mədəniyyətindən təsirlənən ənənəvi Qedimu Hənəfi sünniləri Çin məbədlərinə bənzəyən məscidlər tikirlər. İslahatçı modernist olan İhevani, məscidlərini Orta Şərq ərəb tərzi məscidlərinə bənzəyir. Məscidlərin siyahısı AdŞəkillərŞəhərlərƏyalət və ya BələdiyyələrİlQeydlər Nyutze məscidi Siçen Pekin 996Böyük Xancjou məscidiXancjouÇjetszyan2020 Tsintszin məscidi Quancjou Fucyen1009Qin Jin Si Dunxuan məscidi Dunxuan Qansu 1917Dun Xuan Qin Zen Si Xuasi məscidi Linsiya Qansu1487Xua Si Qin Zen Si Xuayşen məscidi Quançjou Quandun 627 Nannin məscidi Nannin Quansi-Çjuan Muxtar Rayonu1707Nan Nin Qin Zen Si Harbin məscidi Daovay Harbin 1897Dao Vay Qin Zen Si Bukuy Mosque məscidi Ciciqar Xeyluntszyan 1684Bo Kui Qin Zen Si Honqonq məscidlərinin siyahısı Honkonq Qədim Hohhot məscidi Hohhot Daxili Monqolustan Muxtar Rayonu1693Hu He Hao Te Qin Zen Da Si Makao məscidi və qəbiristanlığı Nossa Senora-di-Fatima (Makao) Makao Böyük Tunsin məscidi Tunsin Ninsya-Huey Muxtar Rayonu təqribən 1400Tun Xin Qin Zen Da Si Dunquan məscidi Sinin Tszinyan 1380 Jiezi məscidi Syunxua Salar Muxatar dairəsi Tsinxay?? Böyük Sian məscidi Sian Şensi 742 Tszinan Böyük cənub məscidi Tszinan Şantun1295Ji Nan Qin Zen Nan Da Si Fuyou məscidi Xuanpu (Şanxay) Şanxay1870Fu You Lu Qin Zen Si Syaotaoyuan məscidi Xuanpu (Şanxay) Şanxay1917Xiao Tao Yuan Qin Zen Si Böyük Lxaska məscidi Lxaska Tibet 1716La Sa Qin Zen Da Si Appaka Xoca məqbərəsi Haohan Sintszyan-Uyğur Muxtar Rayonu1640Ā Bā Hé Jiā Má Zhá Xotan məscidi Xotan Sintszyan-Uyğur Muxtar Rayonu1870He Tian Qin Zen Si İd Kah məscidi Kaşğər Sintszyan-Uyğur Muxtar Rayonu 1442 Nadjiayinq məscidi Yuxi Yunnan1370Na Jia Yin Qin Zen Si

Həmçinin bax Çində İslam

İstinadlar

Xarici keçidlər

məscidlər,Müsəlman Azlıqların Tədqiqat və Araşdırmalar İnstitutunun qalereyası Sintszyan-Uyğur Muxtar Rayonundakı İslam arxitekturası Sintszyan-Uyğur Muxtar Rayonundakı İslam arxitekturası

Kateqoriya:Çində islam