WorldTelecom — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri.

Haqqında 1998-ci ildə kiçik bir telefon mağazası kimi fəaliyyətə başlamış WorldTelecom, bu gün tərkibində 20 satış nöqtəsi, 1 onlayn satış mağazası və eyni zamanda 2 xidmət mərkəzini birləşdirən elektronika mağazaları şəbəkəsidir. "WorldTelecom"-un Bakı şəhərinin bir çox yerində, eyni zamanda Sumqayıt və Xırdalan şəhərlərində filialları fəaliyyət göstərir. Öncədən yalnız telefon mağazası kimi fəaliyyət göstərən WorldTelecom, 2019-cu ildən etibarən "WT electronics" adı ilə məişət və digər elektronika məhsullarının satışını həyata keçirir.

Beynəlxalq tərəfdaşlar WorldTelecom Samsung, Xiaomi, Philips, HP, Marshall, JBL, Baseus, Huawei brendlərinin rəsmi tərəfdaşı, Nokia-ın qızıl dileri, ASUS, Lenovo, Acer brendlərinin dileri, Azercell və Nar şirkətlərinin eksluviz dileri, Apple brendinin rəsmi satış nümayəndəsidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan texnologiya şirkətləri Kateqoriya:1998-ci ildə yaranan şirkətlər Kateqoriya:1998-ci ildə Azərbaycanda yarananlar