Zəncan mədrəsəsi — XI əsrə aid mədrəsə.

Haqqında Orta əsr ərəbdilli müəlliflərdən Əbu Tahir əs-Siləfi özünün “Mucəm əs-Səfər” əsərində Zəncan mədrəsəsi haqqında məlumat verir. Müəllif bu mədrəsədə dərs demiş Əbülvəfadan onun doğum tarixi, müəllimləri və səfərləri haqqında suallar vermiş və onun cavabından Əbulvəfanın h. 430 (1038)-cu ildə anadan olduğunu, Mərvəruz, Mərv, Şaş, Buxara və Nişapurda görkəmli müəllimlərdən fiqhi öyrəndiyini qeyd edirdi. O, əsli Azərbaycanın Təbriz yaxınlığındakı Əbyaverd kəndindən olan Əbu Səhl əl-Əbyaverdidən yararlanmaq üçün bir sıra məsələləri mülahizə etmişdir. Əbu Səhl əl-Əbyaverdi kim idi və onunla hansı məsələlər barədə danışmışdı. Fəzilətli ustad olan Əbülvəfa əl Buxari Zəncan mədrəsəsində dərs deməklə yanaşı uzun müddət Zəncanda qazılıq da etmişdi.

Həmçinin bax

Şamaxı mədrəsəsi Nizamiyyə mədrəsəsi Gəncə mədrəsəsi Ordubad mədrəsəsi Zaviyə mədrəsəsi Nizamiyyə mədrəsəsi (Gəncə) Beyləqan mədrəsəsi Marağa mədrəsələri

İstinadlar

Xarici keçidlər Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.

Kateqoriya:Azərbaycan mədrəsələri Kateqoriya:XI əsr memarlığı Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Əlifba sırasına görə tarixi abidələr