Dukakinzadə Mehmed Paşa (ö. 21 yanvar 1557) — Misir bəylərbəyi.
Həyatı Atası Dukakinoğlu Əhməd Paşa, anası isə II Bəyazidin nəvəsi Gövhərşah xanım Sultandır (Ayşə Sultanın qızı). Atasının sədarəti dönəmində 1482-ci ildə Sultan Bəyazidin qızı Gövhərmülk Sultanla nigahlandı. Ancaq atasının edamından sonra saray xidmətinə alındı və 1542-ci ildə Səməndirə sancaqbəyliyi ilə saraydan ayrıldı. Ardından Qaraman, 14 oktyabr 1550-ci ildə isə Hələb bəylərbəyi oldu. left|thumb|Dukakinzadə Mehmed Paşa tərəfindən inşa edilən Ədliyə məscidi Sultan Süleyman Qanuninin İran səfəri əsnasında ikinci vəzirliyə gətirilən Səmiz Əli Paşanın yerinə, 1553-cü ilin dekabrında Misir bəylərbəyliyinə gətirildi. 1556-cı ilin fevralında isə vəzifədən alınaraq paytaxta çağırıldı. Çox keçmədən 21 yanvar 1557-ci ildə İstanbulda vəfat etdi.
Hələbdə öz adına inşa etdirdiyi Dukakinzadə Mehmed Paşa məscidi (Ədliyə məscidi olaraq da bilinir) günümüzədək qalmaqdadır.Gümüşsoy, Emine (2011). "Halep'te Dukakinzâde Mehmed Paşa Külliyesi" Konyada Memar Sənana inşa etdirdiyi məscid isə günümüzə gəlib çıxmamışdır.Kuran, Aptullah (1979). "Mimar Sînan'ın Bilinmeyen ve Kaybolan Camileri"
Oğlu Sultanzadə Əhməd bəy (ö. 1537) divan şairi olmuş, qızı Nəslişah xanım Sultan (ö. 1579) isə Dukakinzadə İbrahim bəylə (ö. 1582) nigahlanmışdır.
Mənbə
Sicill-i Osmani IV, səh. 23
İstinadlar
Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları