Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından Rumeli və Sivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu. 1625-ci ildə burada vəfat etdi.

Mənbə

Sicill-i Osmani IV, səh. 47

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları