Villi Tröger (; ) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. O, karyerası boyu ancaq "Vizmut Aue" klubunda çıxış etmişdir və Şərqi Almaniya mill komandası formasıyla 15 oyuna çıxmışdır.
Karyerası Gəncliyində Tröger futbola başlamazdan əvvəl həndbol oynayırdı və əvvəlcə qapıçı kimi çıxış edirdi. Ancaq bu fəaliyyətlərin hər ikisi 1945-ci ildə İkinci Dünya müharibəsində döyüşərkən əlini itirəndən sonra dayandı. O, müharibənin son illərində Vermaxta çağırıldı və Berlində əl qumbarasından yaralandı. Bununla birlikdə oyuna davam etdi və hücumçu mövqeyinə keçdi, 1951-ci ildə DDR-Oberliqada çıxış edən "Vizmut Aue" klubuna keçməzdən əvvəl Tsvikkau şəhərinin yerli klublarından birində çıxış edirdi. 1954-cü ildə "Vizmut Karl-Marks" olaraq adı dəyişilən klubda o,1962-ci ilə qədər 237 oyunda 114 qol vurmağı bacardı. Bu müddətdə klub üç liqa (1956, 1957 və 1959) və 1955-ci ildə ölkə kubokunu qazandı və Tröger 22 qolla 1954-55 mövsümündə liqanın bombardiri oldu. Onun Şərqi Almaniya futbolunun ən yüksək səviyyəsində vurduğu 114 qol klub rekordudur.
1954-1959-cu illər arasında Tröger Şərqi Almaniya milli komandasında 15 oyuna 10 qol vurdu, onların arasında milli komandanın 1955-ci ildə 3-2 ilk qələbə hesabı ilə bitən Rumıniyaya qarşı oyunda 2 qol müəllifi oldu.
Ölümü Tröger 30 Mart 2004-cü ildə iki dəfə uğursuz şəkildə əməliyyat olunaraq Pirna-Kopitzdə mədə xərçəngindən vəfat etdi. Hörmət əlaməti olaraq yerli sənətçi Stefan Gerlax ona mahnı həsr etdi və Pirnadaki stadion onun şərəfinə Villi-Tröger-Ştadion olaraq dəyişdirildi.
İstinadlar
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri A Kateqoriya:Şərqi Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Ertsgebirge FK futbolçuları Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:DDR-Oberliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları