Canpoladzadə Hüseyn Paşa (ö. 16 fevral 1680) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Canpoladzadə Mustafa Paşanın oğlu olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra 1664-cü ilin yanvarında qapıçılar kəndxudası, 1664-cü ilin aprelində ikinci, 1665-ci ilin mayında isə baş miraxur olaraq xidmət etməyə başladı. 1671-ci ilin iyulunda vəzir rütbəsiylə Bosniya, 1672-ci ilin aprelində Budin, 9 iyun 1673-cü ildə Misir bəylərbəyi təyin edildi. Ancaq 16 may 1675-ci ildə vəzifədən alındı və Van bəylərbəyi oldu. Bu vəzifədə ikən 16 fevral 1680-ci ildə vəfat etdi.

Mənbə

Kateqoriya:Misir bəylərbəyləri