Fəryab vilayəti (özbək/fars/puştu dilində: فارياب) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Coğrafiyası Fəryab vilayəti Əfqanıstanın şimal-qərbində yerləşir və Türkmənistanla həmsərhəddir, daxildən isə şərqdə Səri-Pul, Cövzcan, cənubdan Qövr, cənub-qərbi tərəflərdən isə Badğis vilayətləriylə sərhəd bölüşür. Vilayətin sahəsi 20.293 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 900 min nəfər, inzibati mərkəzi Məymanə şəhəridir.
Əhalisi Əhalisi əsasən özbəklərdən , türkmənlərdən, həmçinin az sayda həzaralardan, taciklərdən və puştunlardan ibarətdir. Vilayət əhalisinin 53.5%-i özbəkcə, 27%-i dəricə, 13%-i puştu dilində danışır.
Rayonları Almar (2002-ci ildə əhalisi 116 min nəfər): 60%-i türkmənlər, 10%-i taciklər, 30%-i digərləri. Andxoy (2002-ci ildə əhalisi 200 min nəfər): 40%-i türkmənlər, 2%-i həzaralar, 58%-i digərləri. Bilçırağ (2002-ci ildə əhalisi 80 min nəfər): 55%-i özbəklər, 5%-i türkmənlər, 40%-i taciklər. Dövlət Abad (2002-ci ildə əhalisi 112 min nəfər): 40%-i həzaralar, 30%-i türkmənlər,10%-i özbəklər, 20%-i digərləri. Gurzevan (2002-ci ildə əhalisi 120 min nəfər): 40%-i özbəklər, 20%-i türkmənlər, 30%-i taciklər, 5%-i puştunlar, 5%-i digərləri. Xani Çahar Bağ (2002-ci ildə əhalisi 55 min nəfər): 60%-i türkmənlər, 40%-i digərləri. Xoca Səbz Puş (2002-сi ildə əhalisi 84 min nəfər): 80%-i özbəklər, 19%-i taciklər, 1%-i həzaralar. Kuhistan (2002-ci ildə əhalisi 66 min nəfər): 85%-i türkmənlər, 10%-i özbəklər, 5%-i taciklər. Qoca Musa (2002-ci ildə əhalisi 68427 nəfər): 65%-i türkmənlər, 16%-i özbəklər, 19%-i həzaralar. Meymanə (2002-ci ildə əhalisi 143 min nəfər): 75%-i özbəklər, 20%-i taciklər, 3%-i həzaralar, 2%-i puştunlar. Puştun Kot (2002-ci ildə əhalisi 277 min nəfər): 65%-i türkmənlər, 30%-i özbəklər, 5%-i həzaralar. Qaramqol (1990-cı ildə əhalisi 14493 nəfər): 35%-i türkmənlər, 5%-i həzaralar, 60%-i digərləri. Qeysər (2002-ci ildə əhalisi 193 min nəfər): 70%-i özbəklər, 4%-i türkmənlər, 16%-i taciklər, 10%-i puştunlar. Quarğam (2002-ci ildə əhalisi 27.5 min nəfər): 40%-i türkmənlər, 60%-i digərləri. Şah: 30%-i özbəklər, 20%-i türkmənlər, 40%-i taciklər, 10%-i puştunlar. Şirin Tagab (2002-ci ildə əhalisi 120 min nəfər): 80%-i özbəklər, 10%-i taciklər, 10%-i puştunlar.
İstinadlar
Həmçinin bax