Aleks Buda () ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur.
Erkən illəri Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı.
Peşəkar karyerası İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu. Buda Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti idi. Bəzi mənbələr onu Ənvər Xocaya yaxın şəxs kimi qeyd edirlər. Buda 20-25 noyabr 1972-ci il tarixlərində Tiranada keçirilən Albaniya Orfoqrafiya Konqresində iştirak edən yeganə tarixçi idi.
1976-cı ildə Albaniya İşçi Partiyasının yaradılmasının 35-ci ildönümünə həsr olunmuş Milli Etnoqrafik Araşdırmalar Konfransında iştirak etmişdir. Buda Albaniyadan kənarda kapitalizm və revizionizm kimi çağdaş nəzəriyyələri və cərəyanları tənqid edən marksist tarixçilərdən və filosoflardan idi.
Müasir tarixçilərin fikrincə, Budanın əsərlərinin albanların mənşəyinin təyin edilməsində rolu böyük idi. O, illiryalıların tarixinin aparıcı alban tədqiqatçılarından hesab olunurdu, hansı ki bir qrup tarixçilər kimi VI əsr (illiriyalıların tarix sənədlərdə son qeyd edildiyi zaman) ilə XI əsr (albanların tarixi sənədlərdə adlarının ilk dəfə qeyd olunduğu vaxt) arasında illiriyalıların izlərinin olmamasına işarə edirdi. Albanların İlliriya mənşəli hipotezinə əsaslanan Buda albanların Balkan yarımadasının və hətta Avropanın ən qədim sakinlərinə mənsub olduqlarını vurğulayırdı.
Buda Albaniya kommunist rejimi tərəfindən xarici ədəbiyyatın oxunulmasına icazə verilən kiçik ziyalı qrupuna aid idi. Rejimin məqsədi tarixçinin ədəbiyyatdan istifadə edərək, digər həmkarlarına yeni ideoloji və nəzəri təlimatlar hazırlaya bilsin.
Biblioqrafiya Budanın əsərlərinə aiddir:
, (coautorship)
İstinadlar
Mənbələr
Kateqoriya:Albaniya tarixçiləri Kateqoriya:Albaniya Elmlər Akademiyasının üzvləri Kateqoriya:XX əsr tarixçiləri