Mustafa Nadareviç (; ) — Xorvatiyalı aktyor.

Tərcümeyi-hal Banja Lukada (hazırkı adı Bosniya və Herseqovina) anadan olub. Aktyorluq karyerası boyunca Balkanlarda ən diqqət çəkən xarakter aktyorlarından biri kimiməşhurluq əldə etmişdir. Keçmiş Yuqoslaviya kinosunda əsasən partizanlar rolları ifa etmişdir. Ən məşhur rollarına "Ata ezamiyyətdə " (1985), "Deja vu" (1987), "Qlembey ailəsi" (1988), " İdeal Dairə " (1997) filmlərini göstərmək olar.

1991-ci ildə Nadareviç "Səssiz barıt" (1990) filminə görə XVII Moskva Beynəlxalq Film Festivalında Ən yaxşı aktyor mükafatına layiq görülmüşdür .

Televiziyada Nadareviç, İzet Fazlinoviçin "Lud, Zbujen, Normalan" sitcomundakı komediya rolu ilə tanınır.

Seçilmiş filmoqrafiya 1985 — Alt mətnlə eşq məktubları — Dr. Bosniak "Papageno"; 1985 — Ata ezamiyyətdə — Zijah; 1987 — Dejə-vü — Mixail; 1993 — Qrafinya Dora ; 2001 — Yiyəsiz torpaq — Bosniya əsgəri 2004 — Balkanlı oğlan — ədəbiyyat müəllimi.

Şəxsi həyatı Uzun müddət sevgilisi olan daha sonra ailə qurduğu həyat yoldaşı aktrisa Slavica Radoviçin (25.04.1964–7.06.2012) döş xərçəngi səbəbiylə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yuqoslaviya aktyorları