"Adris grupa d.d." ― mərkəzi Rovin şəhərində yerləşən Xorvatiya şirkəti.. Müəssisə 8,000-dən çox işçi qüvvəsinə sahib olmaqla yanaşı, həm də illik gəliri 5 milyard kunadan (təxminən 1 milyard dollar) çox olmaqla bölgənin aparıcı şirkətlərindən biridir.Bölgəyə Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Şimali Makedoniya və Kosovo daxildir.

"Tvornica duhana Rovinj"-in (TDR) 2015-ci ilin sentyabr ayında "British American Tobacco"-ya satılmasından sonra əsas xidmət göstərdiyi sahələr "Maistra" (turizm və otellər), "Cromaris" (qida sənayesi) və Xorvatiya osiguranje (sığorta) oldu. Şirkətin fəaliyyət göstərdiyi digər sahələr siyahısına "Adrisdə gələcək" adlı dövlət təcrübə və məşğulluq proqramı daxildir, bundan başqa da şirkət təqaüd və ianələr verən "Adris" fondu ilə də aktiv işlər görür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xorvatiya şirkətləri