Qluboka () ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır.
Turizm Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur.
Tarix XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər.
1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi. Onlar qəsrin son sahibinin (Adolf Şvartsenberq) 1939-cu ilin sonunda nasistlərdən qaçmaq üçün xaricə mühacir etməsinə qədər Qlubokada yaşamışdırlar.
Qluboka qəsri 1940-cı ildə Gestapo tərəfindən, İkinci Dünya müharibəsi bitdikdən sonra isə Çexoslovakiya hökuməti tərəfindən ələ keçirilmişdir.
Qluboka qəsri hal-hazırda xalqa açıqdır və Çexiya Respublikasının Milli Mədəniyyət Abidəsidir.
Populyar mədəniyyətdə Qəsr Şanxay cəngavərləri filminin səhnələridnən birində istifadə edilmişdir. 2019-cu ildə K-pop solisti Park Gi Xun L. O. V. E. mahnısını yayımlamış və klip qəsrdə çəkilmişdir.
Xarici keçidlər
Kateqoriya:Çexiya Respublikasının Milli Mədəniyyət Abidələri Kateqoriya:Çexiya qəsrləri Kateqoriya:XIII əsrə aid qəsrlər