Cosefine Svoboda () — Avstriyalı portret rəssamı. Dövrünün ən aktiv portret rəssamlarından biri idi.
Həyatı x250px|thumbnail|right|Kraliça Victoriya Cosefine Svoboda əsəri(sulu boya, 1893) x250px|thumbnail|right|Kraliça Alexandra Galler şəhzadəsiCosefine Svoboda əsəri(sulu boya, 1895) Cosefine Svoboda Vyanalı sənətçi ailəsində doğulmuşdur. Portret rəssamı Eduard Svobodanın (1814-1902) və ikinci həyat yoldaşı Cosefinenin (1839-1906) qızı və rəssam Rudolf Svobodanın (1859-1914) qardaşıdır. Əmiləri mənzərə və heyvan rəssamı Rudolf Svoboda (1819-1859) və şərqşünas Leopold Carl Müllerdir (1834-1892). Atası ilə birlikdə ilk rəsm dərslərindən sonra 1878-dən 1886-a qədər Vyana Tətbiqi Sənət Universitetində Ferdinand Laufberger və Julius Victor Bergerin rəhbərliyi ilə Österreichisches Museum für Kunst und Industrie (İmperator Avstriya İncəsənət və Sənaye Muzeyi) işinə başladı.
Constantin von Vurzbach 1880-ci ildə Avstriya İmperiyasının Bioqrafik Ensiklopediyasında onun haqqında bunları yazmışdır: "Mükəmməl əsəri sürətli satışlar tapır və ən yaxşı ümidləri layiq görən yeganə 19 yaşlı sənətkardır."Constantin von Wurzbach: Biographisches Lexikon des Kaiserthums Oesterreich. vol. 41, s. 84 "Ihre trefflichen Arbeiten finden rasche Abnahme und die erst 19jährige Künstlerin berechtigt zu den schönsten Hoffnungen." Cosefine Svobodanın əsərləri əsasən sulu boya, əksəriyyəti portretdir. 1886-cı ildən müntəzəm olaraq Vyana Künstlerhausda təmsil olundu və Hamburq (1887), Münhen və Berlin (1888) sərgilərində iştirak etdi. Rəsmləri 1893-cü ildə Çikaqo Dünya Sərgisindədə sərgiləmişdi. 1890-cı ildə İngiltərə krallığında rəssam işləmiş qardaşı Heinriç von Angelinin tövsiyəsi ilə Kraliça Viktoriyanın saray rəssamı adına layiq görüldü. İngiltərədə çox az tapılırdı və ümumiyyətlə yalnız 1899-cu ilədək yay aylarında kral ailəsini və saray xadimlərini çoxsaylı sulu boya şəklində təsvir edirdi. Rəsmləri hələ də Vindzor sarayındakı Kral Kolleksiyasında sərgilənir.
Cosefine Svoboda, I Frans İosifdən və yaxınlıqdakı digər nəcib evlərdən çoxsaylı sifarişlər alaraq Vyananın ən fəal portretlərindən biri oldu. 1902-ci ildən "Salon Pisko" da "Gruppe der 8 Künstlerinnen" tərəfindən "Acht Künstlerinnen und ihre Gäste" (Səkkiz qadın sənətçi və qonaqları) sərgilərində təmsil olundu. Bəzi əsərləri Vyana Muzeyində və Albertina Muzeyinin Vyanadakı qrafik kolleksiyasında yerləşir. 1886-cı ildən etibarən "Künstlerhaus" a, "Avstriya (təsviri sənət) Rəssamlar Cəmiyyəti"nin üzvü oldu.
Həmçinin bax Zemen, Herbert (2004): Die Porträtmalerin Josefine Svoboda. 1861–1924. Leben und Werk. Vyana ()
Swoboda, Josefine (1861–1929) Ch. Gruber
Xarici keçidlər Kral Kolleksiyasında bəzi rəsmlər Cosefine Svobodanın bəzi əsərləri - Artnet
İstinadlar
Kateqoriya:Avstriya rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Portret rəssamları Kateqoriya:Qadın rəssamlar Kateqoriya:XX əsr Avstriya qadın rəssamları Kateqoriya:Avstriya-Macarıstan şəxsləri