Yefimiya Petrovna Krivoşeyeva (; ) — erzya yazıçısı, xalq hekayəçisi, Mordoviya hekayəçi sənətinin banilərindən biri.

Həyatı O, 1 iyun 1867-ci ildə Tarasovka kəndində (müasir Penza vilayətinin Kamekşir rayonu) Pyor Fyodoroviç Adamovun çoxuşaqlı ailəsində anadan olmuşdur. Milliyətcə erzyan idi.

Onun heç bir təhsili yox idi. O, muzdlu kimi işləyərək hər cür ağır işi görürdü. Çoxuşaqlı Krivoşeyev ailəsi yoxsulluq içində yaşayırdı. Ağır vəziyyətdən qaçmaq üçün Yefimiya Petrovna mahnı bəstələyib dost və qohumlarının əhatəsində oxuyurdu. Qızlığında yaxşı mahnı müəllifi kimi tanınırdı, yetkin yaşlarında ağıdeyən (ağıçı), məharətli ifaçı və istər mərasim, istər də qeyri-mərasim folklor ustası kimi tanınırdı.

Yefimiya Krivoşeyevanın ifaları onu oğlu İlya Petroviç Krivoşeyevin sayəsində daha da məşhurluq qazandı. Belə ki, o, 1922-ci ildən anasının ifa etdiyi əsərləri qeydə alırdı. Krivoşeyeva adı ı 1936-cı ildə "Layşem Kirovdo" () əsərinin "Pravda" qəzetində dərc edildikdən sonra geniş populyarlıq qazandı. Onun "Odov çaças, mires — mastoros" və "Es eryamodon" adlı mülki rəvayətləri də geniş kütləyə çatmışdır. O, 7 övlad itkisi yaşamışdır.

24 iyun 1936-cı ildə Saransk şəhərində vəfat etdi.

Biblioqrafiya Ümumilikdə, Yefimiya Krivoşeyevanın əllidən çox rəvayəti olduğu ehtimal olunur. "Layşemat dı morot" () adlı əsərlərinin ilk toplusu 1937-ci ildə nəşr olundu. Bundan əlavə, onun əsərləri "Avan vaygel" (, 1950), "Tın kunsolodo, tirin tyakam mon" (, 1968). Onun yaradıcılığı bütövlüklə "Seçilmiş əsərlər" (1968) toplusunda yer alır.

Xatirəsi 2014-cü ildə Yefimiya Krivoşeyevanın həyatının son illərinin keçirdiyi Saransk şəhərinin Mokşanska küçəsinin ev № 16-da onun şərəfinə xatirə lövhəsi açıldı.

Ailəsi Onun həyat yoldaşı Pyotr Vasilyeviç Krivoşeyev kəndli və dəmirçi idi.

Uşaqları

İlya Petroviç Krivoşeyev — yazıçı və Mordoviyanın əməkdar müəllimi. Nikifor Petroviç Krivoşeyev İvan Petroviç Krivoşeyev Aleksandra Petrovna Oderova (Krivoşeyeva)

Nəvələri Konstantin Antonoviç Oderov Mixail Antonoviç Oderov — Böyük Vətən müharibəsi iştirakçısı, RSFSR-nin əməkdar kənd təsərrüfatı mexanizatoru Anatoli Andreyeviç Oderov Yuri Andreyeviç Oderov

İstinadlar

Kateqoriya:Hekayəçilər Kateqoriya:Erzyan dilində yazan yazıçılar Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları