Skott Con Morrison (; ) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri.

Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi.

Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi.

2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu. Bu səsvermədə Morrison qətiyyətli namizəd kimi göründü və Liberal Partiyanın lideri olaraq həm Dattonu, həm də Xarici İşlər Naziri Culi Bişopu məğlub etdi. Günün sonunda qubernator onu Baş nazir olaraq təsdiq etdi.

Morrison 2019-cu il seçkilərində koalisiyanı qələbəyə apardı. 2021-ci ildə 2019–2020 yanğınları və parlamentə təzyiq ittihamlarına verdiyi cavaba görə tənqid olunarkən, Morrison hökumətinin COVID-19 pandemiyasını, o cümlədən Milli Kabineti necə idarə etdiyini göstərərək ittihamları susdurdu.

Həyatı Morrison Yeni Cənubi Uelsin Sidneydə yerləşən Ueveli səmtində anadan olub. Atası bir müddət bələdiyyə başçısı vəzifəsi də daxil olmaqla Ueveli şəhər şurasında işləyən polis məmuru idi. Morrisonun ana babası Yeni Zelandiyada anadan olub. Atasının nənəsi məşhur Avstraliya şairəsi Meri Gilmorun qardaşı qızı idi. 2012-ci ildə ölümünün 50-ci ildönümündə federal parlamentdəki xatirəsi hörmətlə yad etilib. Morrisonun Avstraliyadakı əcdadı Birləşmiş Krallıqda dondurma oğurluğuna görə 1788-ci ildə Avstraliyaya göndərilən Uilyam Robertsdir.

Morrison Bronte şəhərində böyüdü. Bir neçə reklam çarxında və yerli şoularda kiçik rollarda rol alan uşaq aktyoru kimi qısa karyerası var. Bəzi xəbərlərdə onun 1970-ci illərin ikonik Viks "Love Rub" sevgilisi olduğu irəli sürüldü, lakin bunu təsdiqləyən və ya təkzib edən bir görüntü tapılmadı. Sidney Oğlanlar Liseyində təhsil aldı və sonra Yeni Cənubi Uels Universitetindən Tətbiqi İqtisadi Coğrafiya Elmləri üzrə bakalavr dərəcəsi aldı. Kanadanın Vankuver şəhərindəki Regent Kollecində ilahiyyat təhsili almaq niyyətində olsa da, atasının razılığı olmadığı üçün bu fikrindən vaz keçdi.

Morrison "Cronulla-Sutherland Sharks" reqbi komandasının pərəstişkarıdır və 2016-cı ildə klubun bir nömrəli bilet sahibi seçildi.

Evliliyi və uşaqları Morrison 16 yaşında ikən Cenni Uoren ilə görüşməyə başladı. Morrison 21, Uoren 22 yaşında olarkən 14 yanvar 1990-cı ildə evləndilər. Onun bu nikahdan iki qız övladı var. Qızları baptist məktəbində oxuyurlar. Morrison bu seçimin səbəblərindən birinin "başqalarının dəyərlərini övladlarıma tətbiq etməkdən" qaçınmaq olduğunu deyir.

Dini inancları Morrison uşaq ikən Birləşmiş kilsə ilə qismən birləşən Avstraliyanın Presviterian kilsəsində dini görüşlərə yiyələndi. Daha sonra isə pentikostal oldu.

Morrison Avstraliyanın ilk pentikostal Baş naziridir.

İlk fəaliyyəti Məzun olduqdan sonra Morrison 1989–1995-ci illərdə Avstraliya Əmlak Şurasında Milli Siyasət və Araşdırma Meneceri vəzifəsində çalışdı. Daha sonra Avstraliya Turizm Xüsusi Qrupunun baş menecerinin müavini və sonra Avstraliyanın Turizm Şurasının baş meneceri vəzifələrində çalışaraq turizmə keçdi.

1998-ci ildə Morrison yeni yaradılan Turizm və İdman İdarəsinin direktoru olmaq üçün Yeni Zelandiyaya köçdü. Yeni Zelandiya Turizm Naziri Murrey Makkalli ilə yaxın əlaqələr qurdu və uzunmüddətli "100% Saf Yeni Zelandiya" kampaniyasının yaradılmasında iştirak etdi. Bu vəzifəsindən 2000-ci ildə, müqaviləsindən bir il əvvəl ayrıldı.

Morrison Avstraliyanın Liberal Partiyasının dövlət direktoru olmaq üçün 2000-ci ildə Avstraliyaya qayıtdı. Partiyanın 2001 federal seçkilərdə və 2003 YCU seçkilərindəki kampaniyalarına nəzarət etdi.

Turizm Avstraliya 2004-cü ildə Morrison YCU Liberal Partiyasından istefa edərək Hovard hökuməti tərəfindən qurulan şirkət olan "Tourism Australia"-ın ilk rəhbər direktoru oldu. Onun təyinatı açıq siyasi mahiyyəti üzündən mübahisəli oldu.

2018-ci ilin avqust ayında "The Betoota Advocate" satirik jurnalında "Scotty of Marketing" ləqəbi ilə haqqında paylaşım edildi. 2019-cu ilin əvvəlində Twitter-də toplantı etdi və kütlə qazandı.

Siyasi fəaliyyəti

Müxalifət fəaliyyəti Morrison 1998-ci ildən siyasi fəaliyyət göstərir. Bryus Berdin təqaüdə çıxmasından sonra 2007 seçkilərində Kronulla, Karinqbax və Mirandanı da əhatə edən Sidneyin cənub bölgələrindən biri olan Kukdan öz namizədliyini irəli sürdü. Yetəri qədər səs toplayan Skott bununla da öz siyasi fəaliyyətinə başladı.

Lakin Tauk onun haqqında ittiham irəli sürdü. Sonradan ittihamların yalan olduğu sübut olundu və "Daily Telegraph" Tauk tərəfindən qaldırılan böhtan iddiasını həll etmək üçün açıqlanmayan məbləğ ödəmək məcburiyyətində qaldı. Ümumi seçkilərdə Morrison namizəd Mark Buticiçə qarşı yüzdə altıdan çox səs toplamağa nail oldu, lakin ilk turun nəticələri ilə cəmdə 52%-lik səsi qoyura bilmədi.

left|thumb|upright|Morrison 2009-cu ildə

2008-ci ilin sentyabrında Morrison Malkolm Törnbul koalisiyasının Yerli İdarəetmə Naziri təyin edildi. Daha sonra isə Sərhəd Mühafizəsi üzrə Hökumət Komitəsində çalışdı.

2010-cu ilin dekabrında qırx səkkiz sığınacaq axtaran Milad adası yaxınlığında qayığın aşması nəticəsində həyatını itirdi. 2011-ci ilin fevralında Morrison Gillard İşçi Hökumətinin qurbanların yaxınlarının Sidneydə dəfn mərasiminə gediş haqqını ödəmək qərarına açıq şəkildə etiraz etdi və eyni imtiyazın Avstraliya vətəndaşlarına verilmədiyini iddia etdi.

Morrison 2013-cü ilin fevralında hər hansı bir anti-sosial davranış meydana gəldiyi təqdirdə, sığınacaq axtaranların harada yaşadıqları barədə polisə məlumat verilməsinin vacibliyini və oturma icazəsi üçün gözləmədə olanların sosial qaydalara əməl etməsinin vacibliyini vurğuladı. Bölgədə müvəqqəti vizalarla yaşayan 20 mindən çox şəxs üçün immiqrasiya naziri tərəfindən yeni davranış qaydalarının artıq tərtib edildiyini də eyni çıxışında bildirdi.

Abbot hökuməti fəaliyyəti thumb|Morrison general-qubernator Ser Piter Kosqrovun qarşısında 2014-cü ildə Sosial Xidmətlər Naziri olaraq and içdi.

Koalisiyanın 2013-cü il federal seçkilərindəki qələbəsindən sonra Morrison Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi və kabinetə daxil edildi.

Bir sıra qeyri-rəsmi müsahibələrə əsaslanaraq, 2014-cü ilin iyun ayında "Fairfax Media" Morrisonu Qreq Hant, Stüart Robert və Coş Fridenberqin də daxil olduğu "iqtisadi cəhətdən orta və ya yaş" hökumət müavinlərindən ibarət qeyri-rəsmi qrupun lideri olduğunu yayımladı və Kristofer Paynın rəhbərlik etdiyi başqa bir mötədil qrupla əlaqələndirildi. Daha sonra Morrisonun kabinetdə SPC Ardmonaya 25 milyon dollar maliyyə yardımını təklif etdiyini bildirdi.

İmmiqrasiya 18 sentyabr 2013-cü ildə Morison yeni hökumətin Avstraliya sularına icazəsiz gəmilərin girməsinin qarşısını almaq strategiyası olan Suveren Sərhədlər Əməliyyatına başladı. O dövrdəki kabinet sənədləri 2018-ci ildə Morrisonun 700 qaçqına daimi viza verilməməsi üçün azaldılması strategiyaları istəməsini göstərdi. BMMM bu yanaşmanın Qaçqınlar Konvensiyasını poza biləcəyindən narahat olduğunu bildirdi. 2014-cü ilin sentyabrında 2013-cü ilin dekabrından bəri dənizdə sığınacaq axtaranların ölmədiyini, 2008–2013-cü illər arasında bu rəqəmin 1.100-dən çox ölümlə nəticələndiyi bildirdi. Öncəki hökumət tərəfindən 2012–2013-cü illərdə 20.000-ə çatdırılan illik qaçqın qəbulu 2011–2012-ci illərdə 13.750-ə bərabər idi.

Morrison "qanunsuz giriş" və "qanunsuz qayıqlar" ifadələrindən istifadə etdiyini müdafiə edərək "Mən həmişə qanunsuz giriş nəzərdə tuturdum. Mən heç vaxt sığınacaq müraciətinin qanunsuz olduğunu müdafiə etməmişəm." fikrini öz müsahibəsində bildirib.

İmmiqrasiya Naziri olduğu dövrdə Morrisonun media ilə əlaqəsi olan, ictimaiyyətə bildirməli məsələlərə dair detalları verməkdən imtina etdiyi üçün jurnalistlər, leyboristlər, yaşıl senatorlar və digərləri tərəfindən çox tənqid olundu. Morrison əməliyyatların təfərrüatlarının açıqlanmasının bu məlumatları qanunsuz qaçaqçılıq əməliyyatları planlaşdırmaq üçün istifadə edən qaçaqmalçılara fayda gətirəcəyinə inanır. Morrison bir çox hallarda Avstraliyaya daxil olan və xaricdən gələn sığınacaq axtaranların və ya qayıqların vəziyyəti ilə bağlı sualları cavablandırmaqdan imtina edir, əksər hallarda "suda" və ya "işləmə" məsələlərini bununla əlaqələndirir.

2014-cü ilin noyabr ayında Avstraliya İnsan Hüquqları Komissiyası hökumətə Morrisonun nazir olduğu dövrdə həbsdə olan uşaqların mənafeləri naminə hərəkət etmə məsuliyyətini yerinə yetirmədiyini aşkar edən hesabat təqdim etdi. İstintaqın ümumi nəticəsi sığınacaq axtaran uşaqların uzun müddət məcburi həbsdə saxlanılmasının, Avstraliyanın beynəlxalq öhdəliklərini pozaraq ağır ruhi, fiziki xəstəlikləri və inkişaf geriləmələri ilə nəticələnməsi idi. Toni Abbot hesabatı Abbot hökumətinin hakimiyyətə gəlişindən sonra hesabatın yayımlanması vaxtı ilə əlaqədar siyasi motivli olduğunu tənqid etdi. Hökumət hesabatı 2015-ci ilin fevralında yayımladı.

2014-cü il dekabr ayının əvvəlində Morrison Avstraliya Parlamentindən keçən Miqrasiya və Dəniz Dəyişiklikləri Qanunu 2014-cü ildə təsdiqlədi. Qanun layihəsi müvəqqəti viza sahiblərinin iş üçün müraciət etməsinə və qaçqın qəbulunun 18.750 nəfərə çatdırılmasına icazə verdi.

Sosial xidmətləri 2014-cü il dekabr ayının sonunda kabinet dəyişikliyi nəticəsində Morrison Sosial Xidmətlər Naziri seçildi və İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri vəzifəsini dayandırdı. Bu təyinat Avstraliya Yaşıllar lideri Kristin Miln tərəfindən tənqid edildi və Morrisonun şəfqətdən məhrum olduğunu söylədi. Morrison işləyən anaları təşviq etdi və ailə vergi müavinətlərinin indeksləşdirilməsində dəyişiklik edərək uşaq baxımı sistemindəki tədbirləri təsdiqlədi. 2015-ci ilin aprel ayında uşaqlarını peyvənd etməyən valideynlərin uşaq baxımı və ailə müavinətləri ala bilməyəcəyi qanunu qəbul etdi.

2015-ci ilin mart ayında Sidney Oğlanlar Liseyinin üç yüz məzunu Morrisonun məzunların bağış toplantısında iştirakına etiraz edən sərəncam imzaladı. Etiraz məktubunda liseyin "insan hüquqlarını bu qədər kobud şəkildə pozan" şəxsə hörmət etməməsi lazım olduğu düşüncəsi ifadə edildi. Bunun ardınca Morrison bu və sonrakı məzuniyyət və məktəb tədbirlərinə qatıldı.

2015-ci ilin may ayında Morrison 3,5 milyard dollar məbləğində uşaq baxımı subsidiyası sisteminin yenidən qurulması planını irəli sürdü. Əhəmiyyətli reklam səyləri xəzinədar Co Hokkeyin rolunu kölgədə qoyduğu iddialarına səbəb oldu. Morrison yaxşı nəticələrinə baxmayaraq xəzinədar vəzifəsini tutmaq istəmədiyini israr etdi.

Törnbul hökuməti fəaliyyəti Morrison Co Hokkeyin yerinə 2015-ci ilin sentyabrında Törnbul hökumətinə xəzinədar təyin edildi. Xəzinədar kimi ilk mətbuat konfransında dövlət xərclərindəki azalmalara işarə edərək, illik orta iqtisadi, maliyyə proqnozunun və vergi islahatı ilə bağlı "Ağ Kitab"ın vaxtında təqdim ediləcəyini söylədi.

2016-cı ilin may ayında Morrison Avstraliyanın 2016-cı il üçün federal büdcəsini təsdiqlədi. Daşınmaz əmlak üçün yüzdə 40 verginin tətbiq edilməsi ilə ölkədə qanunvericilikdə möhkəmlənmə oldu. 2017-ci il Kəsilmiş Mənfəət Vergisi Qanunu qəbul edildi və 1 iyul 2017-ci il tarixində qüvvəyə mindi.

2017-ci ilin fevralında Morrison bir parça kömür tutaraq Nümayəndələr Palatasına müraciət etdi: "Kömürdür. Qorxma. Qorxma. Sizə zərər verməyəcək " deyə ətraf mühitlə maraqlananları günahlandırdı. 2017-ci ilin may ayında Avstraliyanın 2017-ci il üçün federal büdcəsini təsdiqlədi.