İsmayılov Telman Mərdan oğlu () — Rusiyada yaşayan biznesmen və AST Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderi.

Həyatı Telman İsmayılov 1956-cı ildə Göyçay rayonunda anadan olub.

1973-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil aldığı bildirilir, lakin təhsil müəssisəsi bu məlumatı təkzib edib.

Fəaliyyəti Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa olunub. 23 may 2009-cu ildə "Mardan Palace" otelinin açılış mərasimi olmuşdur. Otelin açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dünya şöhrətli müğənnilər dəvət olunmuşdur. Otelin tikintisi 1,4 milyard dollara başa gəlmişdir.Azərbaycanlı iş adamının Antalyadakı ultramüasir otelinin açılışı olub APA, 24 may 2009Tayyib Ərdoğan azərbaycanlı iş adamının otelinin açılışında iştirak edəcək ANS, 22.05.2009

Üç oğlu, Ələkbər ,Sərxan,Elxan ailə biznesində fəal iştirak edirlər.

Məlumatlara görə Telman İsmayılov Türkiyənin "Antalyaspor" klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir.Azərbaycanlı biznesmen "Antalyaspor"u satın alır ANS, 29.05.2009

Azərbaycandan olan biznesmen Türkiyədə türk vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib. T. İsmayılov Türkiyəni çox sevdiyini və özünün də türk olduğunu bildirib: "Rusiya pasportum var, ancaq Türkiyəyə aşiqəm. Bu səbəblə vətəndaşlığa keçmək üçün müraciət etdim"Azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib APA, 25 may 2009. Telman İsmayılov Avrasiya Yəhudi Kongresinin vitse-prezidentidir. Dağ yəhudilərindən olan Telman İsmayılovun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir. İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirmişdir.

İstinadlar

Xarici keçidlər AST Group Telman İsmayılov müsahibə

Kateqoriya:Dağ yəhudiləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Azərbaycan maliyyəçiləri Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:Azərbaycan mesenatları Kateqoriya:Rusiya mesenatları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Azərbaycan milyarderləri