Salonitana tarixi (xorv. Historia Salonitana, Povijest biskupa Salone i Splita) — Historia Salonitanorum atque Spalatinorum pontificum və ya Salona və Split yepiskoplarının tarixi.
Haqqında Foma Splitskinin qısaca Historia Salonitana, yəni Salonitana tarixi kimi tanınan bu əsəri XIII əsrdə qələmə alınmış salnamədir və xorvatların erkən tarixi ilə bağlı dəyərli məlumatları özündə əks etdirir. Bu əsər ilk dəfə İohannes Lusius tərəfindən çap edilib.Gioanni, Stéphane (2009), The bishops of Salona (2nd-7th century) in the Historia Salonitana by Thomas the Archdeacon (13th century): history and hagiography, in Écrire l’histoire des évêques et des papes, Fr. Bougard and M. Sot (edd.), Brepols, pp. 243–263 [French text]. Əsərin geniş versiyası Historia Salonitana maior, yəni Əsas Salonatina tarixi adlanır və XVI əsrdə çap edilib.John Van Antwerp Fine (1994). The Late Medieval Balkans. University of Michigan Press. pp. 142–3, 631. ISBN 0-472-08260-4. Hər ikisinin tənqidi mətnləri isə Nada Klaiç tərəfindən 1967-ci ildə Belqradda yenidən çap edilib.Florin Curta, Paul Stephenson (2006). Southeastern Europe in the Middle Ages, 500–1250. Cambridge University Press. p. 17. ISBN 0-521-81539-8. Xronikada xorvatların gəlişi barədə belə məlumat verilirː
Bu məlumat Chronicle of the Priest of Duklja (Duklyadan olan anonim keşişin xronikası) əsərində verilən məlumatla müqayisədə De Administrando Imperioda (İmperiya idarəçiliyindən) olan məlumata daha çox bənzər idi.
Xronikada qeyd edilir ki, Bizans imperatoru Heraklius və Papa IV İohannes bəzi xorvatları xristianlığa döndərdi. Bu hər iki şəxs VII əsrin ortalarında ölüb və faktiki olaraq xorvatların Adtiratikdə təxminən əsrin əvvəllərindən bəri yaşadığını ortaya qoyur.
Bu əsərdə xorvat kralı Dmitri Zvonimir və IV Pyotr Kreşimirlə bağlı geniş məlumatlar verilib.
İstinadlar Kateqoriya:Yepiskoplar