Yohanna Bayştayner (; ) — Avstriyalı klassik gitaraçıJohanna Beisteiner, Konzertgitarristin Биография Йоганны Байштайнер на сайте Kultur Tirol. 2011 г.
Bioqrafiyası Yohanna Bayştayner doqquz yaşında Viner Norştatda Yosef Matias Hauverin adına musiqi məktəbində musiqi öyrənməyə başlayır. 1992-ci ildə Vyana Musiqi və Səhnə Sənətləri Universitetinə gitara sinfini bitirir. Bundan əlavə Bayştayner musiqişünaslıq ixtisası üzrə təhsil alır və 2005-ci ildə "Fiqurlu konkisürmə, sinxron üzgüçülük və bədii gimnastikada klassik musiqi" () adlı doktorluq dissertasiyasını müdafiə edir.
Yohanna Bayştayner ilk günlərdən bu günə qədər geniş bir repertuara sahibdir. Xüsusilə bəstəkar Robert Qulya, Ruben Paçe və Eduard Şafranskinin əsərlərinin dünya premyeralarını səsləndirir. Gitaraşı ayrıca öz əsərlərini də bəstələyir və ifa edir. Bayştayner Soçi Simfonik Orkestri, Malta Filarmoniya Orkestri, Macarıstan Radio Simfonik Orkestri, Qraz Kamera Filarmoniyası, Budapeşt Simli Kamera Orkestri və dirijorlar Oleq Soldatov, Mişel Kastelletti, Bela Draxoşom, Axim Golubtin və rəqqas Rafael ramires ilə əməkdaşlıq etmişdir.
2017-ci ildə Bayştayner Malta Milli kitabxanasının yanında Manoel Teatrında konsert vermək üçün Valletta Beynəlxalq Barok Musiqi Festivalına dəvət edilir.
Yohanna Bayştayner madridli usta Paulino Bernabenin konsert gitarasında çalır.
Mükafatlar və fəxri adlar 2008: Konkordiya teatrının 200 illik kristal kuboku, (Monte Kastello di Vibio, İtaliya.) 2011: Almaniyanın Berlin şəhərindəki Hoenşyonhausen Qalasının Fəxri Üzvlüyü. 2016: Teatr della Konkordiya 2016-nın Minkusun Don Kixot baletinin mövzusundakı Fantaziya əsərinə görə mükafatları.
Diskoqrafiya
CD-lər Dance Fantasy (2001) Salon (2002) Between present and past (2004) Virtuosi italiani della chitarra romantica (2007) Austrian Rhapsody (2012) Don Quijote (2016)
DVD-lər Live in Budapest (2010)
Bədii filmlər üçün musiqi Truce/Atəşkəs (ABŞ 2004, rejissor: Metyu Markoni)Truce IMDb. 2005.,
S. O. S Love!/S. O. S. Sevgi! (Macarıstan 2007, rejissor: Tamas Şaş)S. O. S. Love! IMDb. 2007.
İstinadlar