Taylor Qarsia Pozi (; ) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır.

Həyatı Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur.

Şəxsi həyatı Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.

oktyabr 2020-ci ildə Pozi əvvəllər kişilərlə münasibətdə olduğunu və cinsi oriyentasiyasını adlarla adlandırmağı sevmədiyini açıqladı. Sirius XM-ə verdiyi müsahibədə Pozi, "cinsi oriyentasiyamı özümə bəlli etmək və bu barədə dürüst olmaq istəyi ilə çox fikir etmişəm. Çox uşağın mənə baxdığını bilirəm və bu damğadan qurtulmaq istəyirəm" demişdir.

Filmoqrafiya

Film İl Ad Rol Qeydlər 2000 Fəxri adamlar Boy Kreditsiz 2002 Girov ziyanı Mauro 2002 Manhattanda köməkçi Tay Ventura 2005 Tərsinə Obert 2007 Veritas, Həqiqət şəhzadəsi Mouz Qonzalez 2010 Əfsanəvi Billi Barrou 2011 Razılaşmamız Laki Qısametrajlı film 2012 Ağ qurbağa Daq 2013 Taylor Pozi ilə birlikdə "Verilən ağac" filminin treyleri Özü Qısametrajlı film 2013 Qorxulu film 5 Devid 2014 Snackpocalypse Tor Qısametrajlı film 2016 Yoqa sahibləri Qordon Qrinlif 2018 Tako Şop Smoks 2018 Həqiqət ya cəsarət? Lukas Moreno 2019 Sonuncu yay Riki Santos 2020 Tənha Aidan

Xarici keçidlər

İstinadlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1991-ci ildə doğulanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ musiqiçiləri

Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XXI əsr musiqiçiləri