— Hokkaydo prefekturasının Abaşiri şəhərində yerləşən, 1890-cı ildə açılan həbsxana. Yaponiyanın ən şimal həbsxanası Abaşiri çayının yaxınlığında və Tento dağının şərqində yerləşir. On ildən az cəza alan məhkumlar orada saxlanılırdı. Həbsxananın qədim hissələri 1983-cü ildə Tento dağının ətəyinə köçürüldü və burada ölkənin yeganə həbsxana muzeyi kimi fəaliyyət göstərir.

Tarixi 1890-cı ilin aprelində Meici hökuməti təcrid olunmuş Abaşiri kəndinə 1000-dən çox siyasi məhbus göndərdi və onları daha cənuba bağlayan bağlayan yollar çəkməyə məcbur etdi. Abaşiri həbsxanası daha sonra özünün yetərli əkinçilik sahəsi olan həbsxana olmağı ilə tanındı və Yaponiyadakı digər başqa həbsxanalara nümunə göstərildi.

Həbsxananın çox hissəsi 1909-cu ildə baş verən yanğın zamanı yanmış, lakin 1912-ci ildə yenidən qurulmuşdur. 1922-ci ildə indiki adını aldı. 1984-cü ildə həbsxana müasir dəmir-beton kompleksinə köçdü.

1965-ci ildə çəkilən Abaşiri həbsxanası filmi həbsxananın məşhur turistik məkana çevrilməsinə böyük təsir göstərmiş oldu. Həbsxana həmçinin məhkumlar tərəfindən hazırlanan oyma taxta – gəlincikləri ilə məşhurdur.

Muzey thumb|Abaşiri Həbsxana Muzeyindəki mühüm mədəni mülklərdəndən biri olan həbsxana evinin interyeri. 1983-cü ildə həbsxananın köhnə hissələri Tento dağının ətəyindəki bazasına köçürülür və kimi fəaliyyət göstərməyə başlayır. Bu, ölkədəki yeganə həbsxana muzeyidir. Muzeydə məhbusların iş, yaşam tərzini, onlara tətbiq edilən cəza və işgəncələri, həbsxananın gözətçi və işçilərinin həyatını əyani şəkildə görmək mümkündür. 2016-cı ildə muzeydə qorunan binalardan səkkizi Mədəniyyət İşləri Agentliyi tərəfindən Əhəmiyyətli Mədəni Mülkiyyət, üçü isə Maddi Mədəni Mülkiyyət olaraq təyin edilmişdir.

Tanınmış məhkumları Yoşie Şiratori, Abaşiri həbsxanasından qaça bilmiş yeganə şəxs Kyuiçi Tokuda, 1934–1940-cı illərdə Abaşiridə həbsdə olan siyasətçi Kentzi Miyomoto, siyasətçi Branko Vukeliç, Yuqoslaviya casusu Şusuke Nomura, aktivist Corc Abe, yazıçı və keçmiş yakuza Kozo Mino, keçmiş yakuza Hajime İto, Abaşiri Banqaiçi romanının müəllifi, roman əsasında iki film çəkildi, ikincisi Abaşiri həbsxanası filmi idi.

Yoşie Şiratori Yoşie Şiratori 4 dəfə həbsxanadan qaçması ilə məşhurdur. O, 1944-cü ildə 3-cü dəfə Abaşiri həbsxənasından qaçmışdır. O, qandallarını və hücrə qapısındakı yoxlama çuxurunu miso şorbası ilə paslandıraraq zəiflətmiş və damdan qaça bilmişdir. Onun qaçışını əyani göstərən maket həbsxana muzeyində sərgilənir.

Bədii ədəbiyyatda 1965-ci ildə çəkilən Abaşiri Həbsxanası filmi, həbsxananın yer aldığı məşhur yakuza film serialını ərsəyə gətirdi.

2012-ci il video oyunu Yakuza 5-dəki qəhrəmanlardan biri Taiqa Saejima Abaşiri həbsxanasından qaçır.

Qara siyahı televiziya serialının 2014-cü il bölümü olan "Mako Tanida" da bölümün titullu yakuza müdiri Abaşiri həbsxanasından qaçır.

2014-cü il Manqa seriyası Golden Kamuy, Abaşiri həbsxanasını süjetdə əsas məntəqələrdən biri kimi təqdim edir.

İstinadlar

Xarici keçidlər

Abaşiri Həbsxanası Muzeyi/ Abashiri Prison Museum/ 博物館網走監獄 — 2019 Yaponiyada yeganə həbsxana muzeyi

Kateqoriya:Hokkaydo prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri Kateqoriya:1890-cı ildə yarananlar Kateqoriya:Yaponiya həbsxanaları Kateqoriya:Yeri dəyişdirilmiş tikililər Kateqoriya:Abaşiri Kateqoriya:Həbsxana muzeyləri