thumb|İİİ göstəricilərinə görə 0,050 bal aralıqları ilə ölkələrin və ərazilərin xəritəsi (2022-ci ilin məlumatları əsasında 2024-cü ilin hesabatından).

|alt=Dünya xəritəsi|400x400px

İnsan İnkişafı İndeksi (İİİ) — 1993-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici.

Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).

Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.

2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.

thumb|right|280px|1975–2004-cü illərdə İİİ trendi

İndeksin hesablanması metodu İstənilən göstəricisini qiyməti 0 və 1 arasında dəyişən indeksə çevirmək üçün aşağıdakı formuldan istifadə edilir:

-indeks =

burada: və təhlil edilən bütün ölkələr üzrə göstəricisinin minimal və maksimal qiymətləridir.

Hər hansı ölkənin İnsan İnkişafı İndeksi aşağıdakı 3 göstərici əsasında formalaşır:

1. Gözlənilən ömür müddəti indeksi (LEI) =

Doğumda gözlənilən ömür müddəti 85 il olduqda LEI 1-ə, 20 il olduqda isə 0-a bərabərdir.

2. Təhsil indeksi (EI) = Orta təhsil müddəti indeksi (MYSI) = Gözlənilən təhsil müddəti indeksi (EYSI) = 3. Gəlir indeksi (II) =

İnsan İnkişafı İndeksi isə bu üç göstəricinin həndəsi ortasıdır:

LE — Gözlənilən ömür müddəti MYS — Əhalinin orta təhsil müddəti (illərlə) EYS — Təhsili davam edənlərin gözlənilən təhsil müddəti (illərlə) GNIpc — AQP-yə görə adambaşına düşən ÜMM (ABŞ dolları ilə)

2024 Hesabatı 2024 İnsan İnkişafı Hesabatı BMT-nin İnkişaf Proqramı tərəfindən 13 mart 2024-cü ildə nəşr olunmuş və İİİ göstəricisi 2022-ci ilin məlumatları əsasında müəyyənləşdirilmişdir. Aşağıda "çox yüksək insan inkişafı"na malik ölkələr göstərilib:

= artım. = stabil. = azalma. Mötərizə içindəki rəqəmlər ölkənin 2021-ci il Hesabatına nisbətən reytinqdə neçə pillə qalxıb-endiyini göstərir.

Tutduğu yer Ölkə İİİ 2022-nin məlumatları (2024-ün hesabatı) 2015-ci ildən dəyişiklik 2022-nin məlumatları (2024-ün hesabatı) Orta illik artım (2010–2022) 0.967 0.966 0.959 0.956 0.952 0.950 0.949 0.946 0.942 0.940 0.939 0.937 0.935 0.929 20 0.927 0.926 24 0.920 0.915 0.911 0.910 0.907 0.906 0.899 0.895 0.893 0.888 0.884 36 0.881 37 0.879 0.878 0.875 42 0.874 43 0.867 0.860 0.855 0.851 0.849 0.847 0.844 0.838 0.830 0.827 0.826 0.823 0.821 0.820 59 0.819 0.814 0.809 0.807 64 0.806 65 0.805 0.803 67 0.802 69 0.801

2011 Hesabatı Hesabat 2011-ci il noyabrın 2-də yayımlanmış və 2011-ci ilin məlumatları əsasında tərtib edilmişdir. Hesabatda 187 dövlət arasında Azərbaycan Türkiyəni bir pillə qabaqlayaraq 91-ci yerdə qərarlaşmışdır. Keçmiş Sovet respublikalarından Belarus 65, Rusiya 66, Gürcüstan 75, Ermənistan 86-cı yerdədir.

Ən yüksək İİİ-yə malik 47 ölkə aşağıda göstərilmişdir:

2010 Hesabatı 2010-cu ilin Hesabatı BMT-nin İnkişaf Proqramı tərəfindən 4 noyabr 2010-cu ildə açıqlanmışdır. 182 ölkənin yer aldığı bu hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə isə 83-cü yerdə qərarlaşmışdır. Aşağıdakı siyahı həmin hesabatda ilk 30 yeri tutan ölkələri göstərir:

2009 Hesabatı thumb|320px|2009-cu ilin hesabatına əsasən BMT-yə üzv ölkələrdə İİİ göstəricisi (2007-ci ilin məlumatları əsasında).

2009-cu ilin İİİ Hesabatı 2007-ci ilin məlumatlarına əsaslanır və 2009-cu il 5 oktyabrda açıqlanmışdır. Bu hesabata əsasən Azərbaycanda İnsan inkişafı indeksi 0,787-yə bərabərdir və 182 ölkə arasında 86-cı yeri tutmaqla "orta" reytinqə malik olan ölkələr sırasındadır.

2009-cu ildə ümumi siyahıya Norveç, Avstraliya və İslandiya başçılıq edirlər. İnsan inkişafının potensialı ən aşağı olan 10 ölkə — Qvineya-Bisau, Burundi, Çad, Konqo Demokratik Respublikası, Burkina-Faso, Mali, Mərkəzi Afrika Respublikası, Syerra-Leone, Əfqanıstan və Nigerdir. Bu hesabatda ölkələrin qruplaşdırılması üçün "Çox yüksək İnsan İnkişafı" qrupu əlavə olunmuşdur. Hesabatda bu ölkələr "inkişaf etmiş ölkələr" kimi qəbul olunur. Hesabatda "çox yüksək" qrupundakı 38 ölkə:

2008 Hesabatı 2006-cı ilin məlumatları əsasında hazırlanmış 2008-ci il Hesabatına əsasən Azərbaycan İİİ göstəricisi 0,758-ə bərabər olmaqla, 179 ölkə arasında 97-ci yeri tutmuşdur. Hesabatda "yüksək" İİİ-yə malik 30 ölkə (0,912-dən 0,969-dək):

Həmçinin bax İƏİT daha yaxşı həyat indeksi

İstinadlar

Xarici keçidlər İnsan İnkişafı Hesabatı İnsan İnkişafı Hesabatı 2009 İnsan İnkişafı Hesabatının Ofisi

Kateqoriya:Əhali Kateqoriya:İqtisadi statistika Kateqoriya:İndekslər Kateqoriya:Pakistan ixtiraları Kateqoriya:İnkişaf iqtisadiyyatı Kateqoriya:İqtisadi göstəricilər